Icma.az
close
up
RU
Komitə sədri: Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr dünya hərb tarixində yeni səhifə açdı

Komitə sədri: Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr dünya hərb tarixində yeni səhifə açdı

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Müasir müstəqil Azərbaycan dövlətinin vahid nizami Ordusunun qurulması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müdrikliyinin, yorulmaz fəaliyyətinin, siyasi uzaqgörənliyinin nəticəsində ağır böhrandan üzüağ çıxan Azərbaycan bütün sahələrdə davamlı tərəqqiyə nail oldu. Bu xüsusda, milli təhlükəsizlik strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirilən vahid nizami ordu quruculuğu sahəsində atılan addımları, aparılan islahatları qeyd etmək lazımdır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusunun müasir əsaslarla yenidən qurulması, onun maddi-texniki bazasının formalaşdırılması, peşəkar hərbi kadrların hazırlanması prosesinə başlanıldı. Ümummilli Liderin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda regionun ən güclü və modern ordusunu formalaşdırdı. Hərbi texnika, infrastruktur və şəxsi heyətin hazırlığı sahəsində mühüm nailiyyətlər əldə olundu. Xüsusən, hərbi sənaye kompleksinin formalaşdırılması və yerli müdafiə məhsullarının istehsalı sahəsində ciddi uğurlar qazanıldı”, - deyə komitə sədri qeyd edib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrini təkmilləşdirməklə, gücləndirməklə qalib orduya çevirdiyini söyləyən Şahin İsmayılov qeyd edib ki, 44 günlük Vətən müharibəsi və bir gün davam edən antiterror tədbirləri Azərbaycan ordusunun döyüş qabiliyyətini və xalqla ordu arasındakı birliyi bütün dünyaya nümayiş etdirdi. Ordumuz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edərək tarixi ədalətsizliyə son qoydu. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, ordunun yüksək döyüş qabiliyyəti və xalq-ordu birliyi tarixi zəfərlərimizin əldə olunmasını təmin etdi. Döyüş meydanında qazanılan parlaq qələbələr dünya hərb tarixində yeni səhifə açdı və Azərbaycan Ordusunu nümunəvi müasir orduya çevirdi.

Komitə sədri bildirib ki, tarixi torpaqlarımızda şərəflə xidmət aparan  Azərbaycan əsgəri bu gün Qarabağ və Şərqi Zəngəzurun təhlükəsizliyini təmin etməklə, aparılan quruculuq işlərinə dəyərli töhfə verir.

Müharibədən sonrakı dövrdə qalib ordumuzun gücünün daha da artırılması istiqamətində zəruri işlərin görüldüyünü söyləyən Şahin İsmayılov qeyd edib ki, dövlətimizin başçısının göstərişi ilə Komando Qüvvələri yaradılıb. Müxtəlif ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq əlaqələri həm texniki modernləşməyə, həm də kadr potensialının güclənməsinə töhfə verir. Eyni zamanda hərbi sənayemiz də yüksələn xətt üzrə inkişaf edir. Minlərlə adda silah-sursat, pilotsuz uçuş aparatları, zirehli texnikalar yerli müəssisələrdə istehsal olunur.

“Bu gün vətənpərvər gənc nəsil ordu sıralarında xidməti dövlətə sədaqətin ifadəsi kimi qəbul edir. Parlaq zəfərlərimiz, Vətən uğurunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlıqları gənc nəsli daha da ruhlandırır, gənclərimizin dövlətə, xalqa bağlılığını daha da yüksəldir”, - deyə Şahin İsmayılov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri