Komitə sədri Qazaxıstana SƏFƏR EDƏCƏK
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "BeWoman" Asiya beynəlxalq forumunda iştirak etmək üçün sentyabrın 24-də Qazaxıstan Respublikasının Almatı şəhərinə səfər edəcək.
Bu barədə Modern.az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, tədbirdə qadınların dövlətlərarası dialoqda iştirakı, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması, dayanıqlı inkişaf, sosial siyasətlə bağlı məsələlər müzakirə olunacaq.
Milli Məclisin komitə sədri Hicran Hüseynova “Həmrəyliyin gücü” mövzusuna həsr olunmuş plenar iclasda, “Qadın liderlərin beynəlxalq ittifaqları” adlı dəyirmi masada məruzə ilə çıxış edəcək.
Səfər sentyabrın 27-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















