Icma.az
close
up
RU
Komitə sədri: Ulu öndər milli mətbuatı cəmiyyətin maariflənməsində vasitə kimi qiymətləndirirdi

Komitə sədri: Ulu öndər milli mətbuatı cəmiyyətin maariflənməsində vasitə kimi qiymətləndirirdi

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Ulu öndər Heydər Əliyev milli mətbuatı cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında əvəzsiz vasitə kimi qiymətləndirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan institusional islahatlar medianın güclənməsinə yönəlmiş dövlət siyasətinin təzahürüdür".

Oxu.Az-ın tədbirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfransda DQİDK-nın sədri Ramin Məmmədov deyib.

O qeyd edib ki, dövlətin mediaya davamlı dəstəyi nəticə etibarilə informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir:

"İnformasiya təhlükəsizliyi isə kifayət qədər geniş, olduqca mürəkkəb struktura malik, özündə çox sayda çağırışı ehtiva edən xüsusi bir sahədir. Onun vacib komponentlərindən biri də cəmiyyətdə dini-ideoloji zəmində qütbləşmə yaratmaq cəhdlərinə qarşı bürokratik tədbirlərin görülməsi və ictimai müqavimətin formalaşdırılmasıdır.

Rəqəmsal platformalar vasitəsilə yayılan yanlış məlumatlar, dinin mahiyyətini təhrif edən çağırışlar, ictimai şüura yönəlmiş manipulyativ məzmunlar planlı şəkildə dövriyyəyə buraxılır. Məqsəd təkcə dövlətimizə, dinə qarşı mənfi münasibət formalaşdırmaq deyil, həm də insanları qarşı-qarşıya qoymaqdır. Radikal dini cərəyanlar və bəzi xarici dini mərkəzlərin fəaliyyəti milli təhlükəsizlik üçün ciddi çağırışlar yaradır".

R.Məmmədov vurğulayıb ki, texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin informasiya istehsalına və yayımına daxil olması özü ilə yeni imkanlar, eyni zamanda, yeni risklər gətirir:

"Bu sahədə etik sərhədlərin qorunması və vahid yanaşmaların formalaşdırılması qlobal media gündəminin əsas mövzusuna çevrilib.

Belə mürəkkəb və sürətlə dəyişən şəraitdə Azərbaycan cəmiyyətinin bütövlüyünü, ideoloji təhlükəsizliyini qorumaq üçün resurslarımızdan necə istifadə etməliyik? Bu suallar həm də ona görə aktualdır ki, din bəzi hallarda mənəvi-əxlaqi və fəlsəfi mahiyyətinə uyğun olmayan bir tərzdə cəmiyyətə təqdim olunur.

DQİDK olaraq biz medianı hər zaman tərəfdaşımız kimi qəbul edir, açıq və səmərəli əməkdaşlıq prinsipini əsas götürürük. İnanırıq ki, sizlərin dəstəyi ilə milli dəyərlərimizin qorunması, cəmiyyətimizdə ideoloji sabitliyin möhkəmləndirilməsi istiqamətində daha çox iş görmək mümkündür".

Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, "Report" informasiya agentliyi və Baku TV telekanalıdır.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri