Kommersiya qurumları və PHŞ lərə ayrılan qrant vəsaitlərinin sahələr üzrə bölgüsü açıqlanıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kommersiya qurumları və publik hüquqi şəxslərə münasibətdə 18 qrant müqaviləsi qeydə alınıb.
"APA-Econonimcs" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Birinci yarımildə kommersiya qurumları və publik hüquqi şəxslərə ayrılmış qrant vəsaitlərinin 16,7%-i işğaldan azad edilən ərazilərin bərpası , 22,2%-i elm, təhsil və innovasiya, 11,1%-i idman, səhiyyə və ətraf mühit, 50%-i isə biznesə dəstək və digər sahələr üzrə olub. Əvvəlki ilin 6 ayında isə bu göstəricilər müvafiq olaraq 20%, 26,7%, 13,3% və 40% təşkil edib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanda qrant müqavilələrinin qeydə alınmasını kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















