Kommunal ödənişlərin qiyməti dəyişə bilər Artım məcburi olmayacaq
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki JEK-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.
Milli.Az xəbər verir ki, məsələni Nocomment.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov bu addımın inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini də yüksəldəcəyini hesab edir:
"JEK-lərin vahid MMC-lərə birləşdirilməsi xidmətlərin standartlaşdırılmasını təmin edəcək, resursların idarə olunması daha şəffaf olacaq. Lakin hüquqi çərçivə aydın şəkildə müəyyən edilməlidir ki, vətəndaş və xidmət təminatçısı arasında mümkün mübahisələr minimuma endirilsin".
Hüquqşünasın sözlərinə görə, vahid MMC-lərin yaradılması kommunal ödənişlərə təsir göstərə bilər:
"Əgər vahid MMC real səmərəliliyi təmin edə bilsə, artım məcburi olmayacaq. Lakin strukturlaşma xərcləri və texniki modernləşdirmə səbəbindən ilkin mərhələdə müəyyən dəyişikliklər gözlənilə bilər".
N.Ələsgərov qeyd edib ki, yeni MMC-dən vətəndaşlar xidmətlərin keyfiyyətinin yüksəlməsini, şəffaf ödəniş və resurs istifadəsini, standartlaşdırılmış tarifləri və hüquqi qorunmanı gözləyə bilərlər:
"Ümumilikdə, vahid MMC-lərin yaradılması Azərbaycan mənzil-kommunal təsərrüfatında modernləşməyə doğru ciddi addımdır. Düşünürəm ki, "JEK"lər tamamilə ləğv olunmayacaq, lakin vahid idarəetmə sistemi altında fəaliyyət göstərəcəklər. Bundan başqa, kommunal ödənişlərin dəyişməsi mümkündür, lakin şəffaflıq prinsipləri və vətəndaş hüquqlarının qorunması əsas prioritet olaraq qalacaq. Bu təşəbbüs həm də uzunmüddətli perspektivdə xidmətin səmərəliliyini artırmaq, regionlarda yaşayış standartlarını yüksəltmək və vətəndaş məmnuniyyətini təmin etmək məqsədini güdür".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 25 Dekabr 2025 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















