Icma.az
close
up
RU
Kommunal ödənişlərlə bağlı şad xəbər Gözlənilən qərar verildi

Kommunal ödənişlərlə bağlı şad xəbər Gözlənilən qərar verildi

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılacağı açıqlanıb. Artıq bu istiqamətdə müvafiq yol xəritəsi də təsdiqlənib. Məlumata görə, sistemin yaradılmasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbərlik edəcək.

Beləliklə artıq bir abunəçi kodu ilə bütün kommunal xidmətləri ödəmək mümkün olacaq. Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən başlıcası, istifadəçilər bu sistem vasitəsilə vahid portal üzərindən elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər.

Gələcək mərhələlərdə isə xidmət daha da genişləndiriləcək. Mənzil İstismar Sahəsi, lift və mənzil fonduna dair xidmətlər də bu sistemə inteqrasiya ediləcək. Yeni sistem vasitəsilə kommunal xidmət sahəsində həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiyasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib ki, yeni sistem vasitəsilə artıq insan faktoru aradan qalxacaq:

“Yəni bildirişin verilməsi, sayğacın şəklinin çəkilməsi, vətəndaş və sahə müfəttişi arasındakı münasibətlər elektronlaşdırılacaq. Həmçinin, yeni mexanizm sayəsində əvvəllər tez-tez rast gəlinən ünvan problemləri məsələsi də öz həllini tapacaq. Vətəndaşların vahid ünvanı, vahid abunəçi kodu olacaq”.


Elvin Abbasov

Sədr bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan pilot layihələrdən də söz açıb:

“Sistem ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq. Bu versiyalarda uğurlu və uğursuz hallar araşdırılacaq. Ola bilsin ki, kiçik dəyişikliklər edilsin”.

Qeyd edək ki, yeni sistemlə bağlı sənədin hazırlanması mayın 1-nə, əsas mərhələlərin tamamlanması isə cari ilin sonuna planlaşdırılıb.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 May 2025 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri