Icma.az
close
up
RU
CECECO Brüsseldə keçirilən 2026 cı il Hidrogen Həftəsində təmsil olunub

CECECO Brüsseldə keçirilən 2026 cı il Hidrogen Həftəsində təmsil olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO), SOCAR Green və Avropa Hidrogen Assosiasiyası tərəfindən 2026-cı il Hidrogen Həftəsi çərçivəsində Brüsseldə “Formalaşmaqda olan təmiz enerji bazarlarının Avropa ilə əlaqələndirilməsi: yaşıl hidrogenin inkişafının sürətləndirilməsi” mövzusunda yüksək səviyyəli tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dialoqun təşviqi, bilik və təcrübə mübadiləsi, əməkdaşlıq üçün yeni imkanların müəyyənləşdirilməsi, eləcə də enerji keçidi sahəsində ortaq hədəflərin konkret tərəfdaşlıq və təşəbbüslərə çevrilməsi baxımından mühüm platforma rolu oynadığı bildirilib, Azərbaycanın Avropa İttifaqının (Aİ) etibarlı enerji tərəfdaşı kimi rolu, enerji sahəsində strateji əməkdaşlığın əhəmiyyəti, habelə bərpaolunan enerji sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi perspektivlərini diqqətə çatdırılıb.

Müzakirələr zamanı təmiz enerji bazarlarının inkişafında dövlət və özəl sektorun, sənaye nümayəndələrinin, eləcə də beynəlxalq və regional təşkilatların rolu və bu istiqamətdə müxtəlif yanaşmalar diqqət mərkəzində olmub. Xüsusilə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionunu Avropa ilə birləşdirən yaşıl enerji dəhlizlərinin potensialına, o cümlədən yaşıl hidrogen ixracı imkanlarına, habelə bu təşəbbüslərin dayanıqlı iqtisadi artıma, regional bağlantıların gücləndirilməsinə və transsərhəd enerji əməkdaşlığının genişləndirilməsinə verə biləcəyi töhfələrə ciddi müzakirə olunub.

Tədbir yaşıl hidrogenin inkişafı, əlverişli siyasət çərçivələrinin formalaşdırılması, investisiyaların cəlbi, infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq daxil olmaqla, təmiz enerjinin inkişafı üçün zəruri şərtlər ətrafında dialoqun təşviqinə xidmət edib. Avropanın və formalaşmaqda olan təmiz enerji bazarlarının nümayəndələrini bir araya gəldiyi tədbirdə qarşılıqlı əlaqəli və dayanıqlı enerji bazarlarının potensialından səmərəli istifadə və onların inkişafının sürətləndirilməsi üçün əməkdaşlığa əsaslanan yanaşmaların əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, tədbir çərçivəsində CECECO tərəfindən hazırlanmış “Hidrogen üzrə Bilik Bələdçisi: Əsas Terminlər və Təriflər” nəşri təqdim olunmub. Hidrogen dəyər zənciri üzrə əsas anlayışların vahid şəkildə anlaşılmasına yardım edən bələdçi 12 tematik fəsildən ibarətdir və regionda biliklərin artırılmasına, potensialın gücləndirilməsinə xidmət edir. Nəşr, həmçinin beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bərpaolunan, təmiz, sıfır emissiyalı və aşağı karbonlu hidrogenin inkişafının miqyasının genişləndirilməsini nəzərdə tutan COP29 Hidrogen Bəyannaməsinin məqsədlərinə töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri