“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) fotoqrafiya və vizual hekayə sahəsinə maraq göstərən gənclər üçün “Kompozisiyanın əsasları” adlı təlim proqramını elan edib.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, bu proqramın məqsədi vizual düşüncəni inkişaf etdirmək, iştirakçıların estetik baxışını formalaşdırmaq və onların texniki biliklərini yaradıcı ifadə imkanlarına çevirməsinə dəstək olmaqdır. Təlim həm fotoqrafiyaya yeni başlayan, həm də öz bacarıqlarını daha da təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub.
Təlimlər 2 ay ərzində, həftədə 2 dəfə olmaqla həyata keçiriləcək. İştirak etmək istəyənlər tələb olunan materialları martın 31-dək 1 PDF faylında (fayl müraciətçinin adı və soyadı ilə adlandırılmalıdır) [email protected] elektron ünvanına “Kompozisiyanın əsasları” başlığı ilə göndərməlidirlər.
Seçilmiş iştirakçılar iki ay ərzində intensiv təlim proqramında iştirak edərək həm nəzəri, həm də praktik biliklər əldə edəcəklər.
Qeyd edək ki, təlimdə iştirak pulsuzdur.
Baxış sayı:87
Bu xəbər 03 Mart 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















