“Kompozisiyanın əsasları” proqramının seçim mərhələsi yekunlaşıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının fotoqrafiya və vizual hekayə sahəsinə maraq göstərən gənclər üçün təşkil etdiyi “Kompozisiyanın əsasları” adlı təlim proqramının seçim mərhələsi uğurla yekunlaşıb.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, seçim nəticələrinə əsasən, proqramda Şəhla Hüseynova, Zamin Cəfərov, Məhəmmədəli Cəlalzadə, Dinarə Qənbərli, Müzəffər İsrafilov, Sehrayyə Piriyeva və Vaqif Rəhimov iştirak hüququ qazanıb.
Təlim proqramı iştirakçıların fotoqrafiya və vizual hekayəçilik sahəsində nəzəri biliklərinin artırılmasını, eləcə də praktiki bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Bu təşəbbüs gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və onların peşəkar inkişafına töhfə verməyi məqsəd qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Aprel 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















