“İddia ərizəsinin hüquqi əsasları” mövzusunda təlim
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fevralın 27-də Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) tərəfindən vəkillər, hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün “İddia ərizəsinin hüquqi əsasları” mövzusunda təlim təşkill olunub.
Təlimin keçirilməsində əsas məqsəd iddia ərizəsinin anlayışı və hüquqi mahiyyəti, məzmunu və forması, düzgün tərtib olunma qaydaları, habelə e-məhkəmə sistemi vasitəsilə iddia ərizələrinin təqdim edilməsi sahəsində iştirakçıların nəzəri və praktiki biliklərinin artırılması, mövcud nöqsanların aradan qaldırılması, keyfiyyətli və əsaslandırılmış iddia ərizələrinin hazırlanmasına dəstək göstərilməsi və nəticə etibarilə hüquq ictimaiyyətinin peşəkar inkişafına töhfə vermək olub.
Mərasimin açılış hissəsində çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, iddia ərizələri tərtib olunarkən qanunvericiliyin tələblərinə və qaydalara düzgün riayət olunması məhkəmədə işə baxılmanı sürətləndirə və iddiaçının tələblərinə cavab verən daha obyektiv yanaşmanı təmin edə bilər. Sədr vəkil və hüquqşünasların bu sahədə biliklərinin dərinləşdirilməsinin vacibliyini də vurğulayıb.
Daha sonra təlimçi qismində çıxış edən Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü, İnstitutun Ekspert Şurasının üzvü Səadət Bəktaşi, Ali Məhkəmənin yanında Elmi-Məsləhət Şurasının üzvü, əməkdar hüquqşünas Əsəd Mirzəliyev və Vəkillər Kollegiyasının üzvü Akif Əlizadə təqdimatlarla yanaşı, müvafiq sahə üzrə praktiki nümunələri iştirakçılara təqdim edərək, iddia institutunun məhkəmə prosesindəki rolunu təhlil ediblər. Təlim çərçivəsində iddia ərizəsinin mülki məhkəmə icraatını başladan əsas prosessual sənəd olduğu vurğulanaraq bildirilib ki, onun düzgün tərtib edilməsi işə hərtərəfli və obyektiv baxılmasının zəruri şərtlərindən biridir.
Sonda iştirakçıların sualları cavablandırılıb, real məhkəmə təcrübəsində ortaya çıxan aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb və praktik tövsiyələr verilib.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 27 Fevral 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















