Icma.az
close
up
RU
Kompromat dostluğu , ya sevgimiz bu qədərmiş?..

Kompromat dostluğu , ya sevgimiz bu qədərmiş?..

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Mənim üçün maraqlı adam deyildi. Ona görə də şəxsi tanışlığımız yox idi. Amma eşitmişdim, hətta dəfələrlə görmüşdüm. Hətta deyirdilər ki, guya o qərargaha gələndə bəzi müavinlər az qala qabağına qaçırmışlar.

Bir-iki həftə bundan əvvəl oxudum ki, adam rəhmətə gedib, amma mənə qəribə gələn bu, oldu ki, partiyanın saytında onunla bağlı başsağlığına rast gəlmədim. Bir neçə gün baxdım, amma başsağlığı olmadı. Mənə belə xəbər çatdı ki, adam bir neçə il bundan əvvəl partiyadan istefa veribmiş və xarici ölkələrin birində yaşayırmış. Nə olsun? Məgər biz yalnız öz partiya üzvlərimizə başsağlığı veririk? Başqa vaxt ağızdolusu hərəkatdan və hərəkatçılardan danışırıq. İndi nə oldu?..

Bir daha deyirəm ki, mən bir şey anlamadım, çünki söhbət adi, sıravi bir müxalifətçidən də getmir...

Mənə çox qaranlıq qaldı. Bəlkə də bizə bəlli olmayan bir səbəb var, belədrisə, qüsur bilməyin, üzürlü sayın, indi hər şeyin mahiyyətinə varmaq olmur, çox əlaqələr qırılıb, hər şeyi yerli - yataqlı öyrənmək alınmır. Amma belə bir deyim var ki, ölümdən o tərəfəsi yoxdur, ölüm çox şeyin üstündən vaz keçməyi, bağışlamağı və hər şeyi Tanrının öhdəsinə buraxmağı tövsiyyə edir. Bacarsaydıq özümüz hər şeyi bu dünyada yoluna qoyardıq, bacarmadıqsa Allahlıq etməyə dəyməz, gərək, bağışlayaq biri-birimizi. Tanrı nə qərar verəcək, bu, daha bizlik deyil...

Həm də diqqət yaxşı şeydir. Biz müxalifətçi insanlar vaxtında bunu başa düşmədik, biri-birimizə dəstək olmadıq.

Sizə bir neçə il bundan əvvəl baş vermiş bir olayı deyəcəm.

Rayonda bir tanış müxalifətçi müəllim vardı. Rəhmətlik bir azacıq dəlisov və kasıb müəllim idi. Başqasının xeyir-şərində yaxından, ürəyi istəyən kimi iştirak edə də bilmirdi. Bir gün oğlu üçün toy eləməli oldu. Tanış-biliş deyirdi ki, bu bədbəxtin toyuna kim gələcək?

Amma rayonun ən gur toylarından biri olur həmin toy; rayonun bütün müəllimləri (siyasi mənsubiyyətlərindən asılı olmadan) gəlir ki, müəllim həmkarımızdır, gedək, dəstək olaq!..

Bilirsiniz, adamların hamısı böyük qəhrəmanlıq edə bilmir, bu, nə mümkündür, nə də heç lazım da deyil. Amma kiçik bir çıxış saxlayanda əxlaqlı adam dərhal özünü göstərir: axı nə olsun, o, siyasi qəhrəmanlıq edə bilmir, növbədə dayanan qocanı qabağa keçirmək də əxlaqlı hərəkət sayılır yeri gələndə...

Biz öz maksimalizmmizlə bəzən çox şeyi inkar edir, ya hər şey, ya da heç nə deyirik. Amma həyatda belə olmur: ən azı qeyri-səlis məntiq də belə deyir, bunu ki, guya hamınız bilirsiniz! Adamlar heykəl deyillər ki, həmişə eyni pozada olsunlar, yox, bir daha deyiərəm ki, insanlar büt, ya da heykəl deyillər.

Hələ onu demirəm ki, bəzən insanların içindəki acı lap uzaqdan adamı vurur və hər dəfə bir sual keçir adamın beynindən: biz insanlar niyə beləyik? Bəlkə bizi “böyük siyasət”ə buraxmayanda başlayırıq onu biri-birmizə münasibətdə göstərməyə?..

Bu da bir neçə ilin söhbətidir. Bir müxalifətçinin şəxsi problemi yaranmıışdı. Mən görürdüm ki, bəziləri daha çox onun hayındadırlar ki, özlərini “daha mütərəqqi adam” kimi siyasi vitrinə çıxarsınlar, üstəlik, qarşı partiyadakı bir ciddi funksioneri vurub onu bir az zəiflətsinlər ki, bunların “müxalifətçilk statusu” heç olmasa, bu yolla bir az qabarsın...

Əslində belə şeyləri görəndə kiməsə bir başsağlığının belə çox görülməsini anlaya bilirsən. Anlayırsan ki, heç müxalifət cameyəsində belə, hansı ki, guya qalanlara hər şeydə alternativdir, bir səmimiyyət, alicənablıq yoxdur. Anlayırsan ki, bu həqiqətən də “başdan papaq alan” dünyadır, lap Nəsimi demiş: bu bivəfa dünyada sən yari-vəfadar istəmə!

Sonda illər öncə bir müxalifətçinin sözü yadıma düşür: “əşşi, nə dostluq? Bizimki kompromat dostluğudur!” Amma eşidəndə onda da dedim və elə indi də deyirəm ki, bəylər, hansı kompromatdan söhbət gedir, axı siz həmişə “aydan arı, sudan duruyuq” deyirsiniz...

Hüseynala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Avqust 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri