Icma.az
close
up
RU
Tramp Zelenski danışığında GİZLİ DETAL: Kompromat dayandırılır, əvəzində isə...

Tramp Zelenski danışığında GİZLİ DETAL: Kompromat dayandırılır, əvəzində isə...

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


11 və 12 oktyabrda Tramp və Zelenski 2 dəfə telefonla danışıblar. Liderlər Rusiya dərinliklərinə zərbələrdən tutmuş, böyük silah razılaşmasına qədər müzakirə ediblər, amma burada çox maraqlı bir məqam var. Trampın Zelenski ilə dünənki telefon danışığından sonra Tramp belə bir status paylaşıb: "Ukrayna impiçmenti ilə bağlı fırıldaq (mənimlə bağlı olan!) Uotergeyt hadisəsindən qat-qat geniş və qanunsuz idi. Ümid edirəm ki, müvafiq orqanlar, o cümlədən KONQRES, bununla məşğul olacaq! Adam "Saxtakar" Şiff çox vicdansız və korrupsiyalaşmış biri idi. Nə qədər qanun və təlimat pozulub!!! Prezident DJT". Nə baş verir(b)? Trampın ilk impiçmenti necə baş verdi?

Bakupost.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərov bildirib.

Konqresin Ukraynaya hərbi yardım ayırdığını xatırladan politoloq Trampın Pentaqona bu yardımı dayandırmaq göstərişi verdiyini və Zelenski ilə telefon danışığında ondan Bayden haqqında kompromat istədiyini vurğulayıb:

"Zelenski birtəhər vəziyyətdən çıxmağı bacardı, amma söhbət indi ondan getmir. Təbii ki, bu şantaj idi və başqa adı da yoxdur.

O zaman, ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Aleksandr Vindman həmin söhbətin məzmunu barədə Konqresə məlumat verdi və Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası araşdırma başlatdı, bu da nəticədə Trampın ilk impiçmenti ilə nəticələndi(Nümayəndələr Palatası impiçmenti elan etsə də, Senatda lazım qədər səs toplanmadı).

O vaxt bu araşdırmaya Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff rəhbərlik edirdi (o, indi senator olub).

İndi isə bu günə gələk

Tramp HEÇ VAXT heç nəyi unutmur və bağışlamır. Şiff Tramp üçün 1 nömrəli düşməndir və Tramp onu məhv etməkdə (həyatını və ya karyerasını məhv etmək, hətta hə- s etdirmək kimi istənilən formada - qərarlıdır.

Bu gün Tramp Baş prokuror Pem Bondidən Adam Şiffə qarşı istintaq aparmağı tələb edir. Bondi isə öz növbəsində xüsusi prokuror təyin edir (Müller kimi), o da Şiff (və Komi) ilə bağlı "araşdırma" aparacaq. Amma bu istintaq çərçivəsində Bondiyə Ukraynadan materiallar lazımdır. Lazımdır ki, şahid ifadələri, dəlillər göstərsin ki, 2019-cu ildə Trampın Zelenski ilə telefon danışığı hüquqi baxımdan "təmiz" idi, heç bir təzyiq, şantaj, yaxud "kompromat əvəzində silah" sövdələşməsi olmayıb.

Və indi diqqət edin.

Təsadüfi deyil ki, dünən Trampla Zelenski arasında ikinci telefon danışığından dərhal sonra Zelenski "Tomahawk" raketləri barədə, Tramp isə Şiff barədə açıqlama verdi. Yəni faktiki olaraq 2019-cu ilin hekayəsi yenidən təkrarlanır: kompromat əvəzində silah.

Bu siyasətdir və hətta əgər Zelenski Trampın istədiyini versə, onu heç kim qınamayacaq. Zelenskinin başqa yolu yoxdur".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:352
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri