Kompüter qarşısında yemək yeməyin fəsadları İspaniyalı həkimdən XƏBƏRDARLIQ KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Kompüter qarşısında yemək mədə-bağırsaq xəstəlikləri ilə nəticələnə bilər.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu vərdişinin fəsadları barədə İspaniya neyroqastroenterologiya və motorika assosiasiyasının prezidenti, qastroenteroloq Xordi Serra Pueyo “La Razon” nəşrinə verdiyi müsahibəsində xəbərdarlıq edib.
Pueyo izah edib ki, belə vərdiş funksional dispepsiyaya gətirib çıxarır.
“Bu, qarının yuxarı hissəsində ağrı və ya yanma, erkən doyma, yeməkdən sonra şişkinlik hissi və köp kimi narahatlıq ilə xarakterizə olunur”, – o bildirib.
Pueyonun sözlərinə görə, bundan əlavə, kompüter qarşısında yemək yemək səbəbindən bağırsaq baryeri zədələnir.
“Bağırsağın baryeri daha keçirici hala gəldikdə, normal olaraq ondan keçməməli olan maddələr, məsələn, qida qalıqları və ya toksinlər qan dövranına daxil ola bilər. Bununla da immunitet sistemini aktivləşdirərək, iltihaba səbəb olur”, – həkim qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Sentyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















