Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
Icma.az, Axar.az saytına istinadən bildirir.
3 nömrəli marşrut xətti üzrə hərəkət edən "Bakı Bus"a məxsus avtobusda kondisionerin işləməməsi etiraza səbəb olub.
Axar.az xəbər verir ki, sözügedən olay “Dərnəgül” metrosundan “Gəncliy”ə gedən istiqamətdə baş verib.
Sərnişinlər sərnişin sıxlığı olan avtobusda isti havanın boğucu hala gəlməsini səbəb göstərərək, kondisionerin qoşulmasını tələb ediblər. Sürücü isə buna cavab olaraq kondisionerin xarab olduğunu deyib. Bu isə mübahisə yaradıb.
Qeyd edək ki, sözügedən istiqamət üzrə sərnişinlərin digər şikayəti də avtobusların 25-30 dəqiqə intervalla işləməsidir.
Xatırladaq ki, bir neçə gün öncə Bakı Bus MMC şirkətin istismarında olan bütün avtobusların kondisioner sistemi ilə təchiz edildiyini açıqlayıb.
Bildirilib ki, yay mövsümünün başlanması ilə əlaqədar kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsinə artıq başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 İyun 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















