Icma.az
close
up
RU
Kondisionerlərdən yayılan ölümcül xəstəlik DİQQƏT

Kondisionerlərdən yayılan ölümcül xəstəlik DİQQƏT

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Havaların isinməsi ilə kondisioner istifadəsi artıb, bu isə sağlamlıq risklərini artırır. Yayın isti günlərində rahatlıq gətirən kondisionerlər, əslində bəzi hallarda təhlükəli xəstəliklərin yayılmasına səbəb ola bilər.

Pravda.az bildirir ki, kondisionerlər vasitəsilə yayılan lejyoner xəstəliyi xüsusilə yay aylarında ciddi təhlükə yarada bilər.

Lejyoner xəstəliyi nədir?

Lejyoner xəstəliyi Legionella pneumophila adlı bakteriyanın səbəb olduğu, əsasən ağciyərləri təsir edən atipik pnevmoniyadır. Bu bakteriyalar nəmli və isti mühitlərdə, xüsusilə kondisionerlərin filtr sistemlərində çoxalaraq havaya qarışır və nəfəs yolu ilə orqanizmə daxil olur. Xəstəlik adətən kondisionerlər vasitəsilə yayıldığı üçün ictimaiyyətdə "kondisioner xəstəliyi" kimi də tanınır.

Hansı əlamətlərlə özünü göstərir?

Lejyoner xəstəliyi klassik pnevmoniya simptomlarından fərqlənir və ilk mərhələdə aşağıdakı əlamətlərlə ortaya çıxa bilər:

Halsızlıq

Əzginlik

Əzələ ağrıları

Güclü baş ağrısı

Narahatlıq

İki gündən sonra isə yüksək hərarət və quru öskürək kimi tənəffüs sistemi şikayətləri müşahidə edilir. Eyni zamanda ürəkbulanma, qusma, ishal və qarın ağrısı kimi həzm sistemi pozuntuları da ola bilər. Xəstələrin təxminən 20 faizində sinir sistemi əlamətləri, diqqət pozğunluğu və hətta koma halları qeydə alınır.

Kimlər risk altındadır?

Lejyoner xəstəliyinə yoluxma riski bəzi qruplarda daha yüksəkdir. Bu qruplara aşağıdakılar daxildir:

Körpələr və uşaqlar

Onkoloji (xərçəng) xəstələr

50 yaşdan yuxarı şəxslər

Astma və xroniki obstruktiv ağciyər xəstəliyindən (KOAH) əziyyət çəkənlər

Orqan köçürməsi olunmuş insanlar

Bundan başqa, otel, restoran, alış-veriş mərkəzi kimi geniş havalandırma sistemi olan məkanlarda çalışan şəxslər də yüksək risk altındadır. Yay aylarında kondisionerli avtomobillərdən istifadə edən və ya kondisionerlə soyudulan qapalı məkanlarda çox vaxt keçirən hər kəs üçün bu xəstəlik təhlükəli ola bilər.

Müalicəyə gecikmək həyati təhlükə yarada bilər

Lejyoner xəstəliyinin müalicəsində əsas yanaşma antibiotik istifadəsidir. Lakin bu xəstəliyin digər ağciyər infeksiyalarından fərqləndirilməsi çətin olduğuna görə diaqnoz yalnız laborator testlər vasitəsilə qoyula bilər. Doğru antibiotik seçimi və təyin olunmuş dozada müalicə ilə xəstəlik adətən 20 gün ərzində nəzarət altına alınır. Vaxtında müdaxilə edilmədikdə isə vəziyyət ağırlaşaraq həyati təhlükə yarada bilər.

Qorunmaq üçün nə etməli?

Lejyoner xəstəliyindən qorunmaq üçün bəzi sadə, lakin vacib tədbirlərə əməl etmək lazımdır. İlk növbədə ev və iş yerlərində kondisionerlərin filtr və sistemlərinin mütəmadi olaraq təmizlənməsi və texniki baxımdan keçirilməsi vacibdir. Kondisionerin hava axını birbaşa üzə və ya sinəyə yönəldilməməlidir. İdeal otaq temperaturu 25 dərəcə səviyyəsində saxlanmalıdır və otaqların lazımi dərəcədə havalandırılması təmin olunmalıdır.

Qeyd: Kondisionerlər yay aylarında rahatlıq versə də, onlardan düzgün istifadə olunmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Lejyoner xəstəliyi kimi təhlükəli infeksiyalardan qorunmaq üçün sadə gigiyenik və texniki qaydalara riayət etmək kifayətdir. Sağlam qalmaq üçün profilaktik tədbirləri unutmayın.

Əminə Bayramova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see189

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see163

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see122

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see119

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see118

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see118

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see117

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see114

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri