“Konfliktin əsas səbəbi Ermənistan tərəfinin Azərbaycan üzərində ərazi iddiaları aradan qaldırılıb” Əmirbəyov
Icma.az, Bizim media saytına istinadən bildirir.
“Üç onillik konflikt, rəqabət və qarşıdurmadan sonra Ermənistan və Azərbaycan sülh qurmağa qərar verib. 8 avqust Vaşinqton sammiti çox önəmli məqam olub, burada liderlər möhkəm və davamlı sülhə sadiqliklərini təsdiqləyiblər. Biz hesab edirik ki, bu uzunmüddətli münasibətlərin yalnız başlanğıcıdır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın “TVP World” televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, konfliktin əsas səbəbi aradan qaldırılıb:
“Konfliktin əsas səbəbi - Ermənistan tərəfinin Azərbaycan üzərində ərazi iddiaları aradan qaldırılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra Bakı Ermənistan tərəfinə sülh sazişi layihəsi üzərində işləməyə başlamağı təklif edib. 2,5 illik müzakirələrdən sonra 2025-ci ilin mart ayında tərəflər sülh sazişi layihəsinin mətnini razılaşdırıblar”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Dekabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















