Icma.az
close
up
RU
Gəmidə həkim işləyən Tural müəmmalı şəkildə KONKRET

Gəmidə həkim işləyən Tural müəmmalı şəkildə KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Bakıdakı klinikalardan birində çalışan və Xəzər dənizində özəl şirkətlərdən birinə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanovun itkin düşməsi ilə bağlı bir müddət əvvəl xəbər yayılmışdı.

Aradan təxminən 5 ay keçməsinə baxmayaraq, onun taleyi barədə hələ də heç bir məlumat yoxdur. Ailəsi isə ciddi narahatlıq keçirir.

Tural Sultanovun atası Hüseynağa Sultanov baş verənlərlə bağlı bunları deyib:

“Beşinci aydır ki, bu uşaqdan xəbər yoxdur. Kadrlar şöbəsindən məlumat verdilər ki, belə bir hadisə baş verib. Adını qoydular ki, Tural intihar edib. 67 gün müddətində oğlum gəmidə qalıb. Heç bir qanuni əsası olmayan şəkildə bir insanın gəmidə, dənizdə bu qədər müddətdə saxlanılması mümkün deyil. Bu, insan psixologiyasına ciddi təsir edir.

Mən belə bir nəticəyə gəlmişəm ki, burada axtarışın özü də səthi aparılıb. Deyirlər ki, bir gün əvvəl onun hərəkətlərində qeyri-adilik müşahidə olunub, amma bizə bu barədə məlumat verilməyib. Nə ölüsü var, nə dirisi. Meyitin tapılması da onlara sərf etmir. Çünki bu cinayətdir. Həmin səhlənkarlıq insan ölümünə gətirib çıxarıb”.

Tural Sultanovun anası Aygün Sultanova isə ümidini itirmədiyini bildirib: “Mən Allahdan heç vaxt ümidimi üzmədim. İnşallah, inanıram ki, o möcüzələrdən birini də bizə yaşadar. Nə olur-olsun, ya dirisi, ya ölüsü – balam aşkara çıxsın. Mən demişəm ki, övladım ortaya çıxsın, qurban kəsəcəyəm. 67 gün qanunsuz şəkildə onu saxlayıblar. Klinika deyir ki, əvəzedici həkim yox idi, ona görə o qədər qalıb. Sizin əvəzedici həkiminiz yox idi deyə mənim övladım yox olmalı idi?! Səbəbkarlar ortadadırlar, rahat gəzirlər”.

Məsələ ilə bağlı “Leyla Medical Center”dən bildirilib ki, hazırda istintaq araşdırması aparılır və istintaqın gedişinə mane olmamaq üçün hər hansı açıqlama vermək mümkün deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Fevral 2026 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri