Icma.az
close
up
RU
Konformist Paşinyanın inqilab pessimizmi

Konformist Paşinyanın inqilab pessimizmi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud özü yıxılan ağlamaz

Ermənistan baş naziri Nikol Paşinyan onu hakimiyyətə gətirən 2018-ci il “məxməri inqilab”ının yeddinci ildönümü ilə bağlı paylaşım edib. Yazımızda bu paylaşımla bağlı bəzi məqamları diqqətə çatdırıb yekun nəticəyə gələcəyik.

Əvvəlcə onu bildirək ki, Nikol son bir ildə fikirlərini daha çox fəlsəfi prizmadan izah etməyə səy göstərir. Hərçənd, onun subliminal tərzdə ortaya qoyduğu baxışların, böyük ölçüdə, fəlsəfi mahiyyəti yoxdur. Digər tərəfdən, Paşinyan hərəkətləri ilə fəlsəfiliyin şüurlarda qəbul edilmiş mütərəqqilik mahiyyətini heçə endirmiş biridir. Yəni sözü ilə əməli bir-birinə uyğun gəlmir.

Ümumən, Paşinyanın sığındığı Qərbin tarixşünaslıq baxışı inqilab mövzusunu qəbul etmir. Qərb tarixşünaslığına görə, İngiltərədə, Hollandiyada və Fransada baş vermiş və inqilab kimi qəbul edilən klassik proseslər heç də inqilab yox, böyük dəyişikliklər idilər. Təxminən belə: iqtisadi, mədəni, sosial-iqtisadi inkişafın nəticəsində bir zümrə yetişmiş, həmin zümrə özü üçün yeni qaydalar qoymaq qərarına gəlmiş və köhnə qaydaları sıradan çıxarmışdı.

Əlbəttə, müasir Qərb tarixşünaslığının inqilab mövzusuna baxış bucağının formalaşmasına təsirini göstərən bolşevizm olub. Məsələ ondadır ki, Qərbdə bolşeviklərin mövzuya daha ciddi sahibləndiyini gördülər. Bolşevizm pis xəstəlik kimi dünyanın bir çox yerlərinə yayıldığından, buna qarşı ideoloji mübarizə zəminində inqilab sözündən imtina məntiqi əsas götürüldü.

Bəli, Qərb aləmi inqilabdan qorxdu. Elə qorxdu ki, keçmiş SSRİ-nin süqutunadək canında vəlvələ yaşatdı. İndi də Rusiyanın mövcudluğu fonunda həmin qorxunun tam yenildiyini söyləyə bilmərik. Nəzərə alaq ki, hazırda Qərbdə Putin Rusiyasını sabiq Sovetlər Birliyi kimi tərənnüm və təbliğ edən baxışlar aktuallığını qoruyur. Ancaq maraqlı məqam var.

Qərb öz avantürizmini gerçəkləşdirmək naminə başqa müqəddəslik tapa bilmədi, yenə inqilab məfhumuna kökləndi. Qərbdə hesab etdilər ki, inqilabın yanına “qızıl gül”, “məxməri” sözlərini əlavə etməklə, onun klassik anlamından uzaqlaşdırmaq mümkündür. Beləliklə, kimlərsə həm özlərini, ən çox da inqilab gerçəkləşdirməyə kömək göstərdikləri, daha doğrusu, avantürizmə alət etdikləri xalqları aldatdılar. Erməni xalqı aldanmışların cərgəsinə yeddi il əvvəl qoşuldu və baş rolda Paşinyan oldu. Bu gün həmin Paşinyan hakimiyyətin və cəmiyyətin transformasiyası ilə bağlı mövqeyini açıqlayarkən bildirir ki, bu iki qütbün təmsilçiləri yanlışlıqları etiraf etməlidirlər.

“Etiraf edək ki, biz inqilabçılardan konformistlərə çevrilmişik və bu məni narahat edir. Ümid edirəm ki, bu sizin hamınızı narahat edir”, – deyən Nikol daha nə gözləyirdi? Gözləyirdi ki, xəstə təfəkkürlü erməni cəmiyyəti inqilab edib qlamurlaşacaq? Bir halda ki, demokratiya, obrazlı desək, Ermənistan adlı qapısı və pəncərəsi olmayan otağın yeganə bacasından içəri daxil olmuşdu, baş nazir başqa nəyə ümid bəsləyirdi? Bu yerdə məlumat üçün onu da deyək ki, korformist şəxs cəmiyyətin, qrupun və ya ətrafındakı insanların fikirlərinə, davranışlarına və ya normalarına uyğunlaşan biridir. Başqa sözlə desək, belə təbiətə malik kimsə öz şəxsi fikirlərindən və istəklərindən çox, başqalarının gözləntilərinə uyğun davranmağa meyillidir. Yəni, qeyri-ordinardır, sistemli və ardıcıl deyil. Rasional və praqmatik heç deyil.

Əlbəttə, rəhbər şəxs ölkəsinin maraq və mənafelərindən çıxış etməlidir. Ancaq Paşinyanın ifadə etdiyi narahatlığın məzmunu göstərir ki, o, konformizmi liderlərə xas xarakterik hal kimi görmür və görməməkdə haqlıdır. Onun haqlı olmadığı başqa məqamlar da var. Elə isə daha bir sual ünvanlayaq: Bəlkə inqilab erməni cəmiyyətinin qonşu ölkələrin ərazilərinə göz dikmək kimi sərsəm xislətindən daşınması reallığını doğurdu? Doğurmadı və doğura bilməzdi. Günahkar həm də Paşinyandır.

Bəli, hakimiyyətə gələndə köhnə stereotipləri yenmək üçün geniş şansa malik Nikol özü ən böyük konformistə çevrildi. Çevrildi və uca səslə bağırdı ki, “Qarabağ Ermənistandır və nöqtə”. Onun bu fikri qatı şovinist və ambisioz hayların canlarına yağ kimi yayıldı. Paşinyan isə özünü demokratiyanın qladiatoru kimi görməyə başladı. O və komandasının üzvləri bu ali dəyərin onlara qazandıra biləcəyi “üstünlüyə” güvənərək ədalətə meydan oxudular, Azərbaycanla danışıqlar prosesini pozdular. İnqilab düşərgəsinin təmsilçiləri xalqı özlərinin daim təbliğ etdikləri mütərəqqi baxışlara uyğunlaşdırmaq əvəzinə, köhnəliyin əsirinə çevrildilər. Hər şey də elə bundan başlandı. Müharibə də həmçinin.

44 günlük müharibədəki rüsvayçı məğlubiyyət inqilabın “belini qırdı”. Məhz bu məğlubiyyət Paşinyana haqqında söz açdığımız baş “qəhrəman” obrazını qazandırdı. İndi o bildirir ki, ötən illər ərzində bəzi inqilabi qərarlar qəbul edilib, lakin bir çox hallarda hakimiyyət problemlə üzləşir, təhlillər çoxsaylı çətinlikləri üzə çıxarır. “O zaman bizə elə gəlirdi ki, inqilab etmək çətindir. Amma reallıqda inqilab ən asan şeydir. Real dəyişikliklər isə çətindir”.

“Biz Ermənistanda hökuməti dəyişmişik. Bəs özümüzü dəyişmişikmi? Hər bir vətəndaş da deyə bilər: mən çıxdım, hökuməti dəyişdim, amma hamı sual verməlidir: hökumət dəyişdi, amma biz özümüzü dəyişdikmi? Bu, fundamental sualdır”, – deyən N.Paşinyanı yenə, müəyyən mənada, haqlı saymaq mümkündür. Amma məsələ ondadır ki, müasir Ermənistan Respublikası Qarabağ avantürası üzərində formalaşmış strukturdur. Hazırda ölkənin üzləşdiyi bütün problemlərin kökü də həmin avantürizmin, belə demək mümkünsə, məhvindən qaynaqlanır. Nikol yeddi il əvvəl inqilabın davam trayektoriyası, xalqın rifahı naminə fərqli mexanimzlər, ümumən başqa müqəddəslik tapa bilmədi. İctimai şüuru dəyişmək, ona mütərəqqi görkəm vermək üçün cəhd belə göstərmədi. O, asan yolu seçdi və Ermənistanın eks liderləri kimi, xalqı avantürizmlə yemləməklə kifayətlənir. Ona görə də baş nazir indi dəsmal götürüb ağlamamalıdır. Necə deyərlər, “özü yıxılan ağlamaz”.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see256

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see254

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see247

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see242

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see240

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see230

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see227

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see222

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see218

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see215

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see213

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see212

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see198

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see197

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see189

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see188

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see186

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see175

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see163

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri