Icma.az
close
up
RU
İran ABŞ nin xaricdəki diplomatlarına sui qəsdlər hazırlayır

İran ABŞ nin xaricdəki diplomatlarına sui qəsdlər hazırlayır

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir.

Bakıvaxtı.az-ın "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeyddə deyilir.

Sənədə əsasən, İran Yaxın Şərqdə və onun hüdudlarından kənarda amerikalı diplomatlara və rəsmi şəxslərə qarşı sui-qəsdlərin hazırlığını "əhəmiyyətli dərəcədə aktivləşdirib". Kəşfiyyatın qiymətləndirməsinə görə, mümkün hücumların hazırlığı "irəli mərhələyə" çatıb.

Qeyddə həmçinin Tehranın xaricdəki Amerika nümayəndələrini aradan qaldırmaq üçün artıq işlənib hazırlanmış planlarının olması barədə xəbərdarlıq yer alır.

Amerika hakimiyyətinin nümayəndələrinin "Axios"a bildirdiyinə görə, əldə edilən kəşfiyyat məlumatları Yaxın Şərqdəki bir sıra ABŞ səfirliklərinin işçi heyətinin sayının azaldılmasının səbəblərindən biri olub.

Amerika hakimiyyətinin narahatlığına səbəb noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən sonra ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının bərpa olunması ehtimalıdır.

Ötən gün ABŞ Prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsini istisna etməyib.

Tramp həmçinin İran rəhbərliyini münaqişənin həlli üçün Vaşinqtonun şərtləri ilə razılaşmağa çağırıb.

"Axios"un məlumatına görə, xidməti qeyddə ehtimal olunan təhdidlər barədə məlumatların amerikalı əməkdaşların daha geniş dairəsinə çatdırılmasının zəruriliyi barədə xəbərdarlıq da yer alır.

Bununla belə, sənəddə mümkün sui-qəsdlərin konkret hədəflərini, onların həyata keçirilə biləcəyi Yaxın Şərqdən kənar ölkələri və İranın ehtimal edilən planlarının təfərrüatlarını açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Oktyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri