Icma.az
close
up
RU
Konfrans iştirakçıları üçün mediatur təşkil edilib

Konfrans iştirakçıları üçün mediatur təşkil edilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfrans iştirakçıları üçün iyulun 17-də Qubaya mediatur təşkil edilib. 

525.az xəbər verir ki, mediaturun məqsədi iştirakçıları Azərbaycanın zəngin dini-mədəni irsi, tarixən formalaşmış tolerantlıq ənənələri və müxtəlif dini konfessiyaların ölkəmizdə sərbəst fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış etmək olub.

Qonaqlar əvvəlcə Quba şəhərində yerləşən "Cümə" məscidini ziyarət ediblər. Bildirilib ki, XIX əsrdə inşa edilən məscid Qubanın ən qədim ibadət məkanlarından biridir və şəhərin dini-mənəvi həyatında mühüm yer tutur. Məscid özünəməxsus memarlıq üslubu ilə seçilir və dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunur.

Sonra iştirakçılar "Səkinəxanım" məscidində bu tarixi ibadət məkanının memarlıq xüsusiyyətləri, onun qorunması istiqamətində görülən işlər və dini icmanın fəaliyyəti ilə tanış olublar. Qeyd edilib ki, məscid XIX əsrin ortalarında Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına inşa olunub. Qırmızı kərpicdən tikilən, zərif memarlıq elementləri ilə seçilən bu ibadətgah Qubanın dini-mədəni irsinin mühüm nümunələrindən hesab edilir.

Mediatur Quba rayonunun Qırmızı Qəsəbəsində davam edib. Buradakı "Altıgünbəz" sinaqoqunda iştirakçılara bildirilib ki, sinaqoq XIX əsrin inşa olunub və Qırmızı Qəsəbənin dini həyatında mühüm rol oynayıb. Vaxtilə bölgənin əsas ibadət məkanlarından biri olan sinaqoq dövlət tərəfindən bərpa edilərək qorunur və bu gün də dini-mədəni irsin mühüm nümunəsi kimi fəaliyyət göstərir.

Daha sonra iştirakçılar Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, 2020-ci ildə XIX əsrə aid tarixi Qarçaği sinaqoqunun binasında yaradılan bu mədəniyyət ocağı dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini və həyat tərzini əks etdirən zəngin eksponatlar, milli geyimlər, dini ayin əşyaları, əlyazmalar, nadir kitablar və XIX əsrə aid məişət nümunələri nümayiş etdirilir.

Mediatur çərçivəsində qonaqlar dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparmaq və onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2026 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri