Konfrans Liqası: Sabah ın oyunlarını idarə edəcək hakimlər və başlama saatları açıqlanıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Moldovanın "Petrokub" komandası ilə keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.
"Report" xəbər verir ki, tərəflər arasında iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Görüşü Qal Leiboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək. Ona Omer Barbiro və Yossi Babayoff yardımçı olacaqlar. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq.
Oyunda ədaləti serbiyalı baş hakim Danilo Nikoliç qoruyacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi hakimlər, İvan Stamenkoviç isə dördüncü hakim kimi öz işlərini yerinə yetirəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 18 İyul 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















