Konor Makqreqor müqaviləsini yeniləməkdən imtina edib
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Mütləq Döyüş Çempionatının (UFC) sabiq ikiqat çempionu Konor Makqreqor oktaqona qayıdışı ərəfəsində gözlənilməz addım ataraq, müqaviləsini yeniləməkdən imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə tanınmış insayder Ariel Xelvani "Schein Time" podkastının efirində məlumat yayıb.
Xelvani vəziyyəti belə şərh edib: "Konor qayıdır, lakin onunla müqavilə uzadılmayıb. Onlar bunu istəyirdi, ancaq Konor imtina etdi. Onun cəmi iki döyüşü qalıb. Bunlardan biri iyulun 11-də, digəri isə ehtimal ki, 2027-ci ilin birinci və ya ikinci rübündə baş tutacaq".
Xatırladaq ki, 37 yaşlı idmançının sonuncu qarşılaşması "UFC 264" turnirində amerikalı Dastin Poryeyə qarşı olub. Həmin görüşdə ilk raunddaca irlandiyalı döyüşçü ayağını sındırıb və nəticədə döyüş başa çatıb.
Bundan əvvəl isə Makqreqorun Rusiyada döyüş keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Baxış sayı:158
Bu xəbər 25 May 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















