Konqo prezidenti də Azərbaycana gəldi
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

