Konqoda 140dan çox insan naməlum xəstəlikdən ölüb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Konqo Demokratik Respublikasının cənub-qərb əyalətində 143 nəfər naməlum xəstəlikdən ölüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Kvanqo əyalətinin vitse-qubernatoru Remi Saki və səhiyyə naziri Apolliner Yumba ötən gün bildiriblər ki, yoluxanlarda qripin simptomları, o cümlədən yüksək hərarət və güclü baş ağrıları müşahidə olunub.
Xəstəliyin müəyyən edilməsi üçün analiz aparmaq məqsədilə əraziyə həkim briqadası göndərilib. Yoluxanların sayı artmaqda davam edir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən məlumata görə, BMT mövcud vəziyyətdən narahatdır və xəstəliyin öyrənilməsi üçün ölkə hökuməti ilə birlikdə işləyir.

