Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Qahirə, 20 sentyabr, AZƏRTAC
Konqo Demokratik Respublikasının İturi vilayətinin Bunia şəhərində ön cəbhədə çalışan ilk könüllülərə şənbə günü Ebola peyvəndi vurulub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, sınaq ərzində 20 min könüllüyə 9-12 ay ərzində “Ervebo” adlı peyvənd vurulacaq. Sınağın məqsədi peyvəndin hazırkı epidemiyaya səbəb olan “Bundibuqyo” ştammına qarşı qoruyuculuğunu müəyyənləşdirməkdir. Qeyd edilməlidir ki, peyvəndin “Zair” ştammına qarşı effektivliyi daha əvvəl təsdiqlənib.
Konqo Demokratik Respublikası tarixində 17-ci Ebola epidemiyası ilə üzləşib. Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun son məlumatına görə, epidemiyada 3639 nəfər ölüb, 7541 nəfər virusa yoluxub, 1823 nəfər isə sağalıb. Virus hazırda ölkənin yeddi vilayətində yayılıb.
Avqust ayında Konqo Demokratik Respublikasına “Ervebo” peyvəndinin təxminən 70 min dozası ayrılıb. Ölkənin səhiyyə rəsmisi Stiv Ahukanın sözlərinə görə, peyvəndin “Zair” ştammına qarşı effektivliyi məlum olsa da, onun “Bundibuqyo” ştammına qarşı nə dərəcədə təsirli olduğu hələ müəyyən edilməyib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:109
Bu xəbər 20 Sentyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















