Konqresmenin ofisində üzərində svastika təsviri olan ABŞ bayrağı aşkarlandı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-də Respublikaçılar Partiyasından olan konqresmen Deyv Teylorun (Ohayo ştatı) ofisində, onun əməkdaşının kabinetində üzərində svastika (nasist simvolu, qammalı xaç) təsviri olan ABŞ bayrağı aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Materialda ofisin əməkdaşı Ancelo Elianın iştirak etdiyi onlayn-görüşün ekran görüntüsündən danışılır. Bildirilir ki, nasist simvolu olan bayraq məhz bu əməkdaşın kabinetində qeydə alınıb.
Konqresmen Teylor məlumata belə reaksiya verib: "Mənə həmin görüntü barədə məlumat veriblər. Belə görünür, bu son dərəcə mənfur və yersiz simvol mənim ofisimdə, tabeliyimdə olan əməkdaşın yanında qeydə alınıb".
Teylorun sözlərinə görə, sözügedən təsvir onun ofisində qəbul edilmiş və tabeliyindəki insanların paylaşdığı dəyər və prinsipləri əks etdirmir. O, faktı son dərəcə qətiyyətlə pisləyib.
Konqresmen əlavə edib ki, Kapitoli polisi ilə birgə məsələyə dair araşdırmalara başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















