Icma.az
close
up
RU
“Konstitusiya” Araşdırmalar Fondu və STD Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb FOTOLAR

“Konstitusiya” Araşdırmalar Fondu və STD Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb FOTOLAR

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının Təsis Konfransı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu ilə Suriya “Türkmənlərin Assosiasiyaları Federasiyası” arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Gununsesi.info xəbər verir ki, sənədi müvafiq olaraq Fondun prezidenti Əliməmməd Nuriyev və Federasiyanın sədri Tarik Cevizci imzalayıblar.

Bu memorandum yalnız iki təşkilat arasında hüquqi əməkdaşlıq sənədi deyil – həm də Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətləri arasında həmrəyliyin, sosial ədalətə, davamlı inkişafa və bərabərhüquqlu əməkdaşlığa bağlılığın rəmzidir.

Memorandumun məqsədi tərəflər arasında sosial, hüquqi, ictimai və strateji sahələrdə əməkdaşlığın qurulması, birgə layihələrin icrası və resurs mübadiləsi əsasında vətəndaş cəmiyyətinin gücləndirilməsinə töhfə verilməsidir. Sənədə əsasən, tərəflər qeyri-hökumət təşkilatlarının institusional inkişafına dəstək, sosial problemlərin həlli istiqamətində icma əsaslı təşəbbüslər, gənclərin liderlik bacarıqlarının artırılması və hüquqi maarifləndirmə sahələrində birgə fəaliyyət göstərəcəklər.

Memorandumun imzalanması Qlobal Cənub ölkələrinin QHT-lərini bir araya gətirən Bakı Konfransının ruhuna tam uyğundur. Bu konfrans Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarından olan vətəndaş cəmiyyətlərinin ortaq platformasının formalaşdırılmasına xidmət edir. Azərbaycan bu prosesdə həm coğrafi, həm də ideoloji baxımdan mühüm bir körpü rolunu oynayır.

“Konstitusiya” Araşdırmalar Fondunun bu platformada aktiv iştirakı və Suriya türkmən icmasının əsas təmsilçi qurumu ilə əməkdaşlığa imza atması, Azərbaycanın yalnız regionda deyil, həm də daha geniş miqyasda sülh, inkişaf və vətəndaş həmrəyliyinə verdiyi töhfənin bariz göstəricisidir.

Bugünkü Memorandum göstərir ki, qeyri-hökumət təşkilatları yalnız sosial layihələrin icraçıları deyil, həm də beynəlxalq münasibətlər sisteminin və xalqlararası əməkdaşlığın əsas aktorlarıdır. Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətlərinin birləşməsi, dünyada güc mərkəzlərinin daha ədalətli və inklüziv şəkildə yenidən qurulmasına yönəlmiş alternativ yanaşmanı təşviq edir.

“Konstitusiya” Araşdırmalar Fondu hüquqi maarifləndirmə, vətəndaş hüquqlarının təşviqi, şəffaflıq və hesabatlılıq mədəniyyətinin inkişaf etdirilməsi sahəsində qabaqcıl təcrübəsini bölüşməyə və regional əməkdaşlıqda fəal rol almağa davam edəcək.

Bu mühüm konfransın təşkilində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Milli QHT

keçirilməsində əməyi olan bütün təşkilatçılara və iştirakçılara dərin minnətdarlığımızı bildiririk. Bu platforma ölkələr və xalqlar arasında vətəndaş həmrəyliyinin yeni bir mərhələsinin əsasını qoyur və biz bu tarixi prosesin fəal iştirakçılarından biri olmaqdan böyük qürur duyuruq. Forumuna və tədbirin uğurla keçirilməsində əməyi olan bütün təşkilatçılara və iştirakçılara dərin minnətdarlığımızı bildiririk. Bu platforma ölkələr və xalqlar arasında vətəndaş həmrəyliyinin yeni bir mərhələsinin əsasını qoyur və biz bu tarixi prosesin fəal iştirakçılarından biri olmaqdan böyük qürur duyuruq.

Əlaqə üçün:

[email protected]

www.konstitusiya.org

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Aprel 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see194

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see192

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see181

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see180

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see174

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see158

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see156

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see137

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see137

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see134

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see131

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see131

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see129

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see126

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see125

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see124

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see124

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see124

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see123

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri