Icma.az
close
up
RU
“Konstitusiya Marafonu” layihəsinin açılış mərasimi keçirilib

“Konstitusiya Marafonu” layihəsinin açılış mərasimi keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya Marafonu” layihəsinə start verilib. 

Naxçıvan Dövlət Universitetində baş tutan layihənin açılış mərasimində giriş nitqi ilə çıxış edən Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib və bu çərçivədə Naxçıvan Dövlət Universiteti də muxtar respublikanın bir sıra təşkilatları, nazirlik, komitələri ilə birgə müxtəlif mövzularda planlaşdırdığı tədbirlər planının icrasını davam etdirir. Bildirilib ki, bu il həm də ona görə əlamətdardır ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü qeyd edilir. Naxçıvan Dövlət Universiteti də dövlətçiliyimizi müdafiə edən ideoloji mərkəzlərdən biri kimi il ərzində müəllim və tələbələrin iştirakı ilə tədbirlərini davam etdirəcək.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev çıxış edərək bildirib ki, Ali Məhkəmə ilə Universitet arasında uzunmüddətli qarşılıqlı əlaqələr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış birgə əməkdaşlıq haqqında anlaşma memorandumu ilə daha da inkişaf etdirilib. Universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr mütəmadi olaraq Məhkəmələrdə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına cəlb olunur, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfranslar, seminarlar, təlim kursları, mühazirə və görüşlər həyata keçirilir. Əli Allahverdiyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi hüquq ictimaiyyəti üçün əhəmiyyətli hadisədir. “Konstitusiya Marafonu” layihəsinin məqsədi də Konstitusiyanın əhəmiyyətinin və konstitusion dəyərlərin  geniş təbliğinə nail olmaqdır.  

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Surə Qurbanova layihə barədə geniş məlumat verərək, layihənin məqsədlərini və gözlənilən nəticələrini, həmçinin hər bir mərhələ üzrə nəzərdə tutulmuş tədbirləri iştirakçıların diqqətinə çatdırıb. 

Tədbir Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımov, həmin kafedranın müəllimi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilovun iştirakı ilə panel müzakirələrlə davam edib. Müzakirələr zamanı rəqəmsallaşmanın yaratdığı yeni reallıqların hüquqi münasibətlərə mümkün təsirləri barədə fikirlər səsləndirilib.  

Qeyd edək ki, ayrı mərhələlər üzrə ümumilikdə bir ay davam edəcək layihənin məqsədi tələbələrə konstitusion dəyərlərin aşılanması ilə yanaşı onlarda tənqidi düşüncə, hüquqi təfəkkür, liderlik və komanda ilə işləmə, qərar vermə, problem həll etmə kimi bacarıqların inkişaf etdirilməsidir.   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri