Icma.az
close
up
RU
“Şəhərdən kəndə səyyar intellekt marafonu” layihəsinin son seçim turu keçirilib

“Şəhərdən kəndə səyyar intellekt marafonu” layihəsinin son seçim turu keçirilib

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsinədə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhərdən kəndə-səyyar intellekt marafonu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında yeniyetmə və gənlərin iştirakı ilə intellektual oyunların keçirilməsini nəzərdə tutan layihənin tədbiri Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbində təşkil edilib. Yarışda Quba rayonunun Qaraçay qəsəbəsində, Alekseyevka, Zizik, İqriq, Küçeyi, Talabıqışlaq və Pirvahid kəndlərində yaşayan və təhsil alan yeniyetmə və gənclər iştirak edib.

Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan coğrafiyasının, flora və faunasının, tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin, tarixi şəxsiyyətlərinin, mədəniyyət və incəsənət xadimlərinin təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Seçim turunun yekununda Alekseyevka kəndini təmsil edən “RT-Team” komandası birinci, “İntellekt” komandası ikinci, Küçeyi kəndinin “Xarıbülbül” komandası isə üçüncü yeri tutub. Yarışın əsasnaməsinə uyğun olaraq ilk iki yeri tutan komandalar final mərhələsində iştirak etmək haqqı qazanıb. Yekunda qalib və mükafatçılar diplom, medal və kubokla təltif olunublar.

Qeyd edək ki, bu seçim turu ilə layihə çərçivəsində keçirilən seçim turlarına yekun vurulub və final mərhələsində iştirak edəcək 16 komanda müəyyən edilib. Beləliklə, Quba rayonu Birinci Nügədi kəndində keçiriləcək final mərhələsində Rustov kəndininin “Zəfər”, Çiçi kəndinin “Qartallar”, Dağlı kəndinin “Ekipaj”, Küpçal kəndinin “Zəfər” , Susay kəndinin “Susay”, Digah kəndinin “Uğur”, Qımılqışlaq kəndinin “Qımılqışlaq”, Əliməmmədoba kəndinin “Ultimatum”, İkinci Nügədi kəndinin “Azman”, Birinci Nügədi kəndinin “İntellekt”, İsnovqışlaq kəndinin “Zirvə”, Mirzəqışlaq kəndinin “Zəka”, Zərdabi qəsəbəsinin “İstiqlal”, Barlı qəsəbəsinin “Viktoriya”, Alekseyevka kəndinin “RT-Team” və Quba şəhərinin “İntellekt” komandaları mübarizə aparacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri