Icma.az
close
up
RU
“Konstitusiya Marafonu” layihəsinin növbəti mərhələsi keçirilib

“Konstitusiya Marafonu” layihəsinin növbəti mərhələsi keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya Marafonu” layihəsinin “Konstitusiya Olimpiadası” mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrindən ibarət ümumilikdə altı komandanın yarışdığı olimpiadanın ilk mərhələsində komandalara Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanmış 30 test sualı təqdim olunub. Uğur qazanmış 5 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Nə? Harada? Nə zaman? formatında keçirilən növbəti mərhələdə komandaların konstitusion bilikləri təqdim olunmuş 20 sualla yoxlanılıb. İkinci mərhələnin qalibi olan “Respublikaçılar“ və “Həqiqət“ komandalarının iştirakı ilə olimpiadanın final mərhələsi olan debat baş tutub. Debat fərdi hüquqlar və dövlət maraqları arasında balans: üstünlük kimdədir mövzusu ətrafında həyata keçirilib. Debatın qalibi olmuş “Respublikaçılar“ komandası olimpiadanın qalibi statusunu qazanıb.

Qalib komanda “Konstitusiya Marafonu” layihəsinin bağlanış mərasimində mükafatlandırılacaq.

Qeyd edək ki, layihənin növbəti mərhələlərində məhkəmə simulyasiyası, konstitusiya normalarının tətbiqi üzrə səhnələşdirmə ilə yanaşı təbələrin hakimlərlə görüşləri, sual-cavab və panel müzakirələr həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see159

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri