Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq Siyahı
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Konstitusiya Məhkəməsi tərəfindən 2025-ci ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı tender müsabiqəsi (Açıq tender) elan olunub.
Yeniavaz.com xəbər verir ki, fevral ayının 2-nə kimi davam edəcək müsabiqənin yekununda Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq.
Maraqlıdır ki, Konstitusiya Məhkəməsinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Konstitusiya Məhkəməsinin satın almaq istədiyi nəşrlərin 9-u yerli KİV, 4-ü isə Rusiya KİV-dir.

Məlumat üçün onu da bildirək ki, Müdafiə Nazirliyinin də 2023-cü ildə satın alacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri olmayıb. Nazirliyin 2023-cü ildə satın almaq istədiyi nəşrlərin 14-ü yerli, 20-si isə Rusiya KİV-in məhsulları olub. Bu barədə ilk dəfə Yeniavaz.com məlumat yayıb. Bu məlumat yayıldıqdan sonra (növbəti ildə) Müdafiə Nazirliyi Rusiya qəzet və jurnallarını almaqdan imtina edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Konstitusiya Məhkəməsi qarşısında aksiya
07 Aprel 2025 10:09
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası
15 Noyabr 2024 16:24
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirildi
06 May 2025 21:53
Konstitusiya Məhkəməsi qərar qəbul ETDİ
26 May 2025 19:17
Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib
15 Aprel 2025 23:22
Baxış sayı:127
Bu xəbər 13 Yanvar 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















