Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddinin artırılması I oxunuşda qəbul edilib

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddinin artırılması I oxunuşda qəbul edilib

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

Bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.

Qeyd edilib ki, layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.

Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddətə konkretləşdirilməsi, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.

Yekun olaraq layihədə normativ müddəaların dəqiqləşdirilməsi və sistemləşdirilməsi məqsədilə təqdim olunmuş texniki xarakterli dəyişikliklər də əks olunub.

Layihə müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.f

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see259

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see226

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see171

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see160

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see149

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see134

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see127

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see127

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see123

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see122

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see121

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see121

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see120

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see120

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see118

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see113

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see113

Rusiya Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirdi

27 Fevral 2025 16:47see112

“TikTok”un yeni trendi Dubay Şokoladını unutdurur: Mələk saçı şokoladları

27 Fevral 2025 08:32see111

Deputat: Qərbi Azərbaycan həqiqətlərini əks etdirən materiallar dərsliklərə daxil edilməlidir

27 Fevral 2025 17:20see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri