Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 dekabr, AZƏRTAC
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi maddələrinin “Qeyd” hissəsində şəxsin cinayət məsuliyyətindən əməllərində başqa cinayət əməlinin tərkibi olmadığı halda azad edilməsini nəzərdə tutan müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il yanvarın 7-nə təyin edilmiş iclasında baxılacaq.
Baxış sayı:55
Bu xəbər 10 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















