Konstitusiya Məhkəməsində süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Hazırda Konstitusiya Məhkəməsi daxilində tətbiqi nəzərdə tutulan və süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə yanvarın 30-da Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Aparatının 2025-ci ilin yekunlarına dair hesabat iclasında məlumat verilib.
Sədr Fərhad Abdullayev qeyd edib ki, yeni sistem informasiya təhlükəsizliyinin qorunması baxımından önəmli olmaqla yanaşı, bir sıra əsas vəzifələri də həyata keçirəcək, internetə çıxış olmadan süni intellektdən istifadə etməklə məlumatların çevik axtarışı və sənədlərin hazırlanması, məlumatların əməkdaşlar arasında operativ sənəd mübadiləsinin təşkili iş prosesini xeyli sadələşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















