Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 1 may, AZƏRTAC
Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın ona təyin ediləcək cəza müddətinə hesablanması yolverilməzdir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 May 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















