Icma.az
close
up
RU
Konstitusiya və reytinqi... Makron üçüncü dəfə prezident seçilə bilərmi?

Konstitusiya və reytinqi... Makron üçüncü dəfə prezident seçilə bilərmi?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo Prezident Emmanuel Makronun üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək üçün Konstitusiya Şurasının sədri vəzifəsinə Riçard Ferranı təyin etməklə dövlət çevrilişinə hazırlaşdığını iddia edib.


Maraqlıdır, Makron üçüncü dəfə prezident seçilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Makronun üçüncü dəfə prezident seçilmə şansı yoxdur. 

Onun sözlərinə görə, buna həm konstitusiya, həm də Makronun reytinqi imkan vermir:

“O, ikinci dəfə də güclə seçilmişdi. Son illərdə reytinqi olduqca aşağı düşüb. Keçirilən son sorğular da bundan xəbər verir. Makronun reytinqinin aşağı olması parlament seçkilərində onun partiyasının səsləri itirməsi ilə də nəticələndi. Höküməti formalaşdırmaqda çox əziyyət çəkdi. Baş nazir təyin etdi, bir neçə ay sonra parlament səsvermədə bunu təsdiq etmədi. Buna görə də Makron və onun ətrafı konstitusiyanı dəyişib səlahiyyət müddətini uzatmaq istəsə də, buna nail olacağına inanmıram”.

E.Şahinoğlu qeyd edib ki, Fransada müxalif qüvvələr Makrona istefa verməsi üçün təzyiq edir:

“Fransada müxalif qüvvələr güclüdür. Onların Makrona təzyiqi də son illər artıb. Əksinə, Makrona məsləhət görürlər ki, istefa versin və növbədədənkənar prezident seçkiləri təyin olunsun. Bu baxımdan, əgər Makronun reytinqi yüksək olsa idi, konstitusiyanı dəyişib üçüncü müddətə prezident seçilə bilməsini təmin edə bilərdi. Reytinqinin aşağı olması və höküməti formalaşdıra bilməməsinə görə onun üçüncü dəfə prezident olmaq ehtimalı çox azdır”.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri