Makron yenidən prezident seçilə bilər
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən prezident vəzifəsinə qayıtmasının mümkünlüyünü istisna etməyib.
Bakıvaxtı.az xəbər verir ki, Makron bu barədə jurnalistlərə Lümyer Zirvə Konfransı çərçivəsində açıqlama verib. Onun sözlərinə dair video “Variety” jurnalının X sosial şəbəkəsindəki səhifəsində yayımlanıb
Makron bildirib ki, Fransa Konstitusiyasına əsasən, prezident ardıcıl olaraq iki müddətə seçilə bilər. Onun sözlərinə görə, hazırkı səlahiyyət müddəti gələn ilin mayında başa çatacaq və bundan sonra Fransa xalqı yeni prezident seçəcək.
“Amma mən heç nəyi istisna etmirəm. Geri dönüş olduqca qeyri-adi bir hadisədir, amma görəcəyik. Həyat ixtiraçılıqla doludur, bəzən hətta kinodan da çox”, - deyə Fransa lideri qeyd edib.
Makronun bu açıqlaması onun 2027-ci il prezident seçkisindən sonra siyasi fəaliyyətini davam etdirə biləcəyi və gələcəkdə yenidən prezidentliyə namizəd ola biləcəyi ehtimalını gündəmə gətirib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Sentyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















