Icma.az
close
up
RU
SUVERENLİK VƏ KONSTİTUSİYA ƏSASLARI...

SUVERENLİK VƏ KONSTİTUSİYA ƏSASLARI...

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının əsas qanunu olan 1995-ci il Konstitusiyası, xalqın və dövlətin suverenliyini hüquqi çərçivədə təmin edən ən mühüm sənəddir. Konstitusiyanın 1-ci maddəsi, Azərbaycan Respublikasının müstəqil, demokratik, dünyəvi və unitar bir dövlət olduğunu təsbit edir.

Eyni zamanda, 2-ci maddə, suverenliyin mənbəyinin Azərbaycan xalqı olduğunu açıq şəkildə ifadə edir:

“Azərbaycan xalqı dövlətin yeganə suverenlik mənbəyidir. Xalq suverenlik hüququnu bilavasitə referendum yolu ilə və seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.”

Bu maddə göstərir ki, xalq dövlət idarəçiliyində birbaşa söz sahibidir və suverenlik təkcə dövlətin deyil, həm də xalqın iradəsinə əsaslanır. Eyni zamanda, Konstitusiyanın 7-ci maddəsi Azərbaycan Respublikasının hüququn aliliyinə əsaslanan idarəetmə sistemini qəbul etdiyini vurğulayır.

Suverenlik yalnız siyasi və hüquqi bir anlayış deyil, həm də dövlətin müstəqilliyi və beynəlxalq arenada varlığının ən mühüm təminatıdır. Bu baxımdan, Azərbaycan Respublikasının suverenliyinin qorunması həm konstitusiya müddəaları, həm də beynəlxalq hüquq mexanizmləri ilə həyata keçirilir.

SUVERENLİYİN BEYNƏLXALQ HÜQUQDAKI ƏSASLARI

Azərbaycan Respublikasının suverenliyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi, Helsinki Yekun Aktı və Montevideo Konvensiyası kimi beynəlxalq hüquq sənədləri ilə dəstəklənir. BMT Nizamnaməsinin 2(1)-ci maddəsi, dövlətlərin suveren bərabərliyi prinsipini təsbit edərək, heç bir dövlətin digər dövlətin daxili işlərinə müdaxilə edə bilməyəcəyini bəyan edir.

Helsinki Yekun Aktı (1975) da dövlətlərin müstəqilliyi və ərazi bütövlüyünün toxunulmazlığını vurğulayır. Xüsusilə, Azərbaycanın 1992-ci ildə BMT-yə üzv olması, Avropa Şurasına qoşulması və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla inteqrasiyası ölkənin suverenlik hüquqlarını daha da gücləndirmişdir.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm sənədlərdir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan bu qətnamələrin faktiki olaraq həyata keçirilməsini təmin edərək beynəlxalq hüququn üstünlüyünü sübut etmişdir.

SUVERENLİYİ MÖHKƏMLƏNDİRƏN HÜQUQİ VƏ SİYASİ ADDIMLAR

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra konstitusiya və hüquqi islahatlar həyata keçirmişdir.

Bunların ən mühümləri aşağıdakılardır:

1995-ci il Konstitusiyasının Qəbulu: Azərbaycan Respublikasının hüquq sistemini və dövlət quruluşunu müəyyən edən əsas qanun qəbul edilmişdir.

 2002, 2009 və 2016-cı illərdə Konstitusiya Dəyişiklikləri: Dövlət idarəçiliyi, insan hüquqları və seçki sistemi ilə bağlı mühüm dəyişikliklər həyata keçirilmişdir.

 2020-ci il Vətən Müharibəsi və 2023-cü il Antiterror Əməliyyatları: Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək dövlət suverenliyini gücləndirmişdir.

 2024-cü il “Dövlət Suverenliyi Günü” Qərarı: Prezident İlham Əliyev 19 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının bütün ərazilərində konstitusiya quruluşunun bərpa edildiyini və suverenliyin tam təmin edildiyini bəyan etmişdir.

2025: KONSTİTUSİYA VƏ SUVERENLİK İLİNİN ƏHƏMİYYƏTİ

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, konstitusiya və suverenlik prinsiplərinin daha geniş miqyasda öyrənilməsi və xalqın maarifləndirilməsi üçün mühüm bir fürsətdir. Bu il çərçivəsində müxtəlif konfranslar, seminarlar və akademik araşdırmalar təşkil olunacaq, hüquqi islahatlar müzakirə ediləcəkdir.
Bundan əlavə, Azərbaycan xalqının konstitusiya hüquqları və dövlətin suverenliyinin qorunması səyləri barədə daha çox məlumatlandırılması hədəflənir. Hüququn aliliyinin təmin olunması, dövlət institutlarının gücləndirilməsi və beynəlxalq arenada Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün yeni addımların atılması gözlənilir.

NƏTİCƏ

Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşu tarix boyu böyük mübarizələr nəticəsində formalaşmışdır. 1995-ci il Konstitusiyası xalqın və dövlətin suverenlik hüquqlarını qoruyaraq, ölkənin müstəqil hüquqi və siyasi sistemini qurmuşdur.

2025-ci il, bu dəyərlərin qeyd edildiyi və möhkəmləndirildiyi bir il olacaqdır. Azərbaycan konstitusiya və hüquqi çərçivədə suverenliyini daha da gücləndirərək, beynəlxalq hüquq mexanizmləri ilə əməkdaşlıq şəraitində müstəqilliyini qoruma yolunda irəliləməyə davam edəcəkdir.

“Konstitusiya və Suverenlik İli”, Azərbaycanın müstəqillik yolunda atdığı möhkəm addımların və hüququn aliliyinə əsaslanan idarəetmə yanaşmasının bir göstəricisidir.

 İnci Doğan,

Naxçıvan Dövlət Üniversitetimim Hüquq fakültəsinin tələbəsi

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:700
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Mart 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri