Icma.az
close
up
RU
Konstitusiya və Suverenlik İli Azərbaycanın hərtərəfli inkişafında mühüm mərhələ olacaq

Konstitusiya və Suverenlik İli Azərbaycanın hərtərəfli inkişafında mühüm mərhələ olacaq

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

11 aprel 2025-ci il tarixdə YAP Samux rayon  təşkilatında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar  “Konstitusiya  və Suverenlik İli Azərbaycanın hərtərəfli inkişafında mühüm  mərhələ  olacaq” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin  müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğunu bildirib. Ölkəmizdə suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinin  müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaratdığını qeyd edib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının  ölkədə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdiyini vurğulayıb.

Daha sonra YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova mövzu ətrafında geniş məruzə ilə çıxış  edib.

Dəyirmi masada iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini  Kəmalə Xəlilova, Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatının sədri Səbuhi Mustafayev, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov və  partiya fəalı Günel Əhmədova çıxış edərək Prezident İlham Əliyevin  2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıdığını,  bu qərarın, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olduğunu qeyd ediblər.

Sonda  yubiley yaşları  tamam olduğuna görə ərazi partiya təşkilat sədrlərindən  Qələmkar Nəsibova,  Muxtar Məmmədov və veteran YAP-çı Gülağa Hüseyinov  YAP Samux rayon təşkilatı tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Aprel 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri