Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs xüsusi rəmzi məna daşıyır ŞƏRH

“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs xüsusi rəmzi məna daşıyır ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs Azərbaycan Respublikasında dövlət siyasətinin əsas istiqamətlərindən biri insan amilinə verilən yüksək dəyər, humanizm və sosial ədalət prinsiplərinin ardıcıl şəkildə qorunmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ölkəmizdə həyata keçirilən humanist siyasətin bariz nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Amnistiya təşəbbüsü təkcə hüquqi akt olmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə söykənən, insanlara ikinci şans verilməsini nəzərdə tutan mühüm sosial hadisədir. Dövlət başçısının bu addımı Azərbaycan Konstitusiyasının əsas prinsiplərinə, insan hüquq və azadlıqlarının qorunmasına, sosial ədalətin təmininə və hüquqi dövlət quruculuğuna tam uyğun gəlir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs xüsusi rəmzi məna daşıyır. Müstəqil və suveren Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, eyni zamanda humanist dəyərlərə əsaslanan idarəçilik fəlsəfəsi ilə ölçülür. Prezident İlham Əliyev öz siyasi iradəsi ilə bir daha nümayiş etdirir ki, güclü dövlət ilk növbədə vətəndaşına qayğı göstərən, onun cəmiyyətə reinteqrasiyasına şərait yaradan dövlətdir. Amnistiyanın elan edilməsi minlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, cəmiyyətdə bağışlama, mərhəmət və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Bu təşəbbüs eyni zamanda islah olunmaq, düzgün həyat yoluna qayıtmaq istəyən şəxslər üçün yeni imkanlar açır və onların gələcəkdə cəmiyyətin faydalı üzvünə çevrilməsinə stimul verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kimi humanist addımlar göstərir ki, Azərbaycan dövləti milli maraqlarla yanaşı, ümumbəşəri dəyərlərə də sadiqdir. Amnistiya təşəbbüsü bir daha sübut edir ki, dövlətimizin başçısı hüquqi, demokratik və humanist dövlət quruculuğunu ardıcıl şəkildə davam etdirir və bu siyasət xalq tərəfindən daim dəstəklənir. Bu mühüm təşəbbüs “Konstitusiya və Suverenlik İli”nin mahiyyətinə tam uyğun olaraq, müasir, güclü və humanist Azərbaycanın inkişaf yolunda atılmış növbəti əhəmiyyətli addımdır.

Emilya Abdullayeva

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri