Icma.az
close
up
RU
Konstitusiya və Suverenlik İli GDU da qey edilib FOTO

Konstitusiya və Suverenlik İli GDU da qey edilib FOTO

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir.

Gəncə Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr  olunan  tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra isə  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Universitetin Humanitar məsələlər üzrə prorektoru,  dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Prorektor qeyd edib ki, 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırıldı.

Tədbirdə Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili  Pərvin Kərimzadə, eləcə də Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışlarında vurğulayıblar ki,  dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanunu məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. Həmçinin çıxışlarda Azərbaycan Konstitusiyasının vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolu barədə, eləcə də  vətəndaşların konstitusiya ilə təsbit edilən hüquq və vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə  “Azərbaycanın dövlət hüququ və konstitusiya tarixi”, Ümumi tarix kafedrasının müdiri, dosent Etibar Musayev “Konstitusiyanın yaranma tarixi və  müstəqil dövlətimizin formalaşmasında rolu”, Sosial fənlər kafedrası baş müəllimi Üzeyir Balakişiyev “Azərbaycan Respublikasının konstitusiyası dünyanın ən demokratik konstitusiyasıdır”, Sosial fənlər kafedrası müəllimi Ramin Əliyev  “Ümummilli lider Heydər Əliyevin hüquqtəlimi müasir Azərbaycan Respublikasının suverenliyinin təməli kimi”, Ümumi tarix kafedrası müəlimi Yəhya Süleymanov “Konstitusiyamız milli suverenliyimizin qarantıdır” adlı məruzələrlə çıxışlar ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri