Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli”ndə AMEA nın qarşısında duran vəzifələr müzakirə olunub AZƏRTAC

“Konstitusiya və Suverenlik İli”ndə AMEA nın qarşısında duran vəzifələr müzakirə olunub AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

AMEA Rəyasət Heyətinin növbəti iclasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncamı və AMEA-nın qarşısında duran vəzifələr haqqında müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2024-cü ilin ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qaldığını, dövlətimizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə təşkil etməklə qlobal problemin həllinə öz töhfəsini verdiyini diqqətə çatdırıb. AMEA rəhbəri COP29-un Azərbaycanda keçirilməsinin müstəqillik tariximizin ən önəmli hadisələrindən biri olduğunu söyləyib və belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin Prezident İlham Əliyevin beynəlxalq miqyasdakı nüfuzunun göstəricisi olduğunu deyib.

Akademik İsa Həbibbəyli ötən ilin həm də “Yaşıl dünya naminə həmrəylik ili” kimi yadda qaldığını söyləyib. 2024-cü ildə ölkəmizdə, o cümlədən Akademiyada bu istiqamətdə geniş tədbirlər planının icra olunduğunu, ağacəkmə aksiyalarının keçirildiyini, bu problemin mahiyyəti və həll yollarını əks etdirən sanballı elmi nəşrlərin, məqalələrin işıq üzü gördüyünü diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümləri nəzərə alınaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. AMEA prezidenti bu Sərəncamın müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və yeni nəsillərin dövlətçilik ruhu əsasında tərbiyəsində mühüm rol oynayacağını bildirib.

Akademik İsa Həbibbəyli bu gün Azərbaycan Respublikasının dövlət başçısının Sərəncamında qeyd olunduğu kimi, xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirdiyi, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün üçün mühüm qanunvericilik bazası rolunu oynadığını söyləyən AMEA rəhbəri diqqətə çatdırıb ki, müəllifi Ulu Öndər olan bu Konstitusiya Azərbaycan tarixinə həm də “Heydər Əliyev Konstitusiyası” kimi daxil olub.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu tarixi hadisələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlı olduğunu, dövlət başçımızın Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaltmaqla xalqımızın, dövlətimizin başını ucaltdığını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu hazırkı şəraitdə dövlət başçısının xüsusi diqqət və qayğısı ilə AMEA-nın xüsusi inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, alimlərimizin qarşısında duran əsas hədəf ölkəmizin iqtisadi gücünün və beynəlxalq əlaqələrinin genişlənməsinə, ictimai fikrin möhkəmlənməsinə əsas verən tədqiqatlar aparmaqdan ibarət olmalıdır.

Akademik İsa Həbibbəylinin çıxışı dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri