“Konstitusiya və Suverenlik İli”nə həsr olunan media paneli təşkil olunub FOTOLAR
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" adlı “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş panel sessiya keçirilib.
"AzPolitika" xəbər verir ki, Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın moderatorluğu ilə baş tutan sessiyada Müdafiə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi və Ombudsman Aparatının rəsmi nümayəndələri çıxış ediblər. Spikerlər çıxışlarında Konstitusiyanın bəyan etdiyi əsas prinsiplərdən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına nail olunduğunu vurğulayıblar. Onlar həmçinin konstitusiyanın ali hüquqi qüvvəsinin cəmiyyətin düşüncəsində daha da möhkəmləndirilməsinin vacibliyinə toxunaraq, bu prosesdə medianın roluna diqqət çəkiblər.
Paneldə iştirak edən rəsmilər media vasitəsilə hüquqi biliklərin geniş ictimaiyyətə çatdırılmasının və milli suverenlik ideyalarının gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, jurnalistlərin fəaliyyəti yalnız məlumat ötürmək deyil, həm də dövlət qurumları ilə vətəndaşlar arasında sağlam və etibarlı əlaqənin qurulmasına xidmət edir.
Tədbirin sonunda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib və gündəmə dair fikir mübadiləsi aparılıb.
"AzPolitika.info"



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















