Icma.az
close
up
RU
Qazaxda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirildi FOTOLAR

Qazaxda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirildi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə təşkilatçılığı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları, şəhid ailələrinin üzvləri, YAP sıralarına yeni qəbul olunmuş üzvlər, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Ölkə Prezidentinin müvafiq sərəncamı 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunduğunu, ilə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu qeyd edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Millət vəkili Səməd Seyidov “Konstitusiya və Suverenlik İli”nin şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, dəmir yumuruğu sayəsində əldə olunmuş ən gözəl nemət olduğunu qeyd edib. 

Vətən müharibəsi şəhidi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək səmimi ürək sözlərini bölüşüb. “Xalq olaraq bizim konstitusion hüquqlarımız pozulmuşdu, torpaqlarımız düşmən tapdağında idi. Şəhidlərimizin qanı ilə suvarılmış həmin torpaqlarımız artıq 5 ildir ki, yağı düşməndən azad olunub, üçrəngli bayrağımız o torpaqlarda dalğalanır. Azad olunmuş ərazilərimizdə abadlıq işləri aparılır, həyat yenidən bərpa olunur, məcburi köçkünlərimiz doğma yurdlarına qayıdır”, - söyləyən şəhid atası bütün bunlara görə qürurlandığını dilə gətirib. 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Sücayət Mahmudova tədbir iştirakçılarını salamlayaraq xalqımızın öz suveren hüquqları və müstəqil dövlətini yaratmaq üçün çox çətin zamanlardan keçdiyini, bu yolun heç vaxt hamar olmadığını söyləyib. Gənc çıxışçı Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyamızın təkcə qanunlar toplusu deyil, eyni zamanda, xalqımızın iradəsi, milli məfkurəsi və dövlətin quruculuğu yolundakı qətiyyətini əks etdirən müqəddəs sənəd olduğunu qeyd edib. 

Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müstəqilliyimizin, suverenliyimizin, Konstitusiya quruluşumuzun əbədi, dönməz olması üçün danılmaz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlə tədbirə rəng qatıb.   

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri şeirlər səsləndiriblər.

Tədbirdə ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar.

Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya üzvlük vəsiqəsi təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri