Icma.az
close
up
RU
Konstitusiyalı dövlət xalqımızın ən böyük sərvətidir

Konstitusiyalı dövlət xalqımızın ən böyük sərvətidir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bir dövlətin mövcudluğunun, davamlı inkişafın və xalqın öz varlığını qoruyub saxlamasının əsasını təşkil edən fundamental anlayışlardan biri Kostitusiya və suverenlikdir. Bu anlayışlar müasir dövlətçilik sistemində yalnız hüquqi terminlər deyil, eyni zamanda, dövlətin siyasi legitimliyi, xalqın hakimiyyətə münasibətini və milli kimliyin formalaşmasını müəyyən edən başlıca prinsiplərdir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin ölkə ərazisində “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu anlayışın dövlətçilik tariximizdə və müasir inkişaf mərhələmizdə xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir. Bu qərarın mahiyyətini düzgün dərk etmək üçün, ilk növbədə, “Konstitusiya” və “suverenlik” anlayışlarının hüquqi məzmununun elmi əsaslarla təhlili zəruridir.

Konstitusiyanın anlayışına və onun hüquqi mahiyyətinə gəldikdə qeyd etmək lazımdır ki, “Konstitusiya” termini etimoloji baxımdan latın mənşəlidir və “constitutio˝ sözündən yaranmışdır. Bu söz ˝qurmaq˝, ˝yaratmaq˝, ˝əsasını qoymaq”, “təşkil etmək” mənalarını ifadə edir. Hüquqi baxımdan Konstitusiya dövlətin ali qanunu olmaqla, ən yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktdır.

Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını müəyyənləşdirir, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını təsbit edir, eyni zamanda, dövlətin hakimiyyətinin təşkili və fəaliyyət mexanizmini hüquqi çərçivəyə salır. O, qanunverici, icra və məhkəmə orqanlarının səlahiyyətlərini müəyyənləşdirməklə cəmiyyət və dövlət arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd kimi çıxış edir.

Konstitusiya digər normativ hüquqi aktlardan fərqli olaraq daha yüksək sabitliyə malikdir və ona dəyişikliyin edilməsi xüsusi prosedurlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasında Konstitusiyaya dəyişikliklər yalnız ümumxalq səsverməsi – referendum yolu ilə mümkündür ki, bu da Əsas Qanunun ali hüquqi statusunu bir daha təsdiqləyir.

Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarının özündə əks etdirən Ali Qanundur. Konstitusiya ölkədə siyasi sabitliyin, milli sülhün və barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir. Əsas Qanun müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, o, hüquq normaları sistemidir.

Hüquq nəzəriyyəsində Konstitusiyanın əsas funksiyaları aşağıdakı kimi qruplaşdırılmışdır:

– Hüquqi funksiya. Konstitusiya bütün hüquq sisteminin əsasını təşkil edir. Respublika ərazisində qəbul edilən bütün qanunlar, normativ və qeyri-normativ, normativ-xarakterli aktlar Konstitusiyaya uyğun olmalıdır. Konstitusiyaya riayət etmək bütün dövlət orqanları, ictimai birliklər və vətəndaşlar üçün məcburidir, çünki bu onların hüququ yox, vəzifəsidir.

– Konstitusiyanın sosial funksiyası. Cəmiyyətdə mövcud olan sosial təbəqələrin ortaq maraqlanı müəyyən edir, sosial sistemin başlıca sahələrini bir-birilə əlaqələndirir və onları hüquqi çərçivəyə salır. Ailə, din, atalıq, analıq və s. kimi sosial dəyərlərin qorunmasına xidmət edir.

– Ali Qanunun siyasi funksiyası. Dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, siyası proseslərin hüquqi əsasları Konstitusiya vasitəsilə tənzimlənir. Siyasi hakimiyyətin formalaşmasının demokratik üsulları Konstitusiyada öz əksini tapır.

– Konstitusiyanın tərbiyəvi funksiyası. Konstitusiya cəmiyyətdə hüquq düşüncəsinin formalaşmasına, qanunlara, dövlətə və insan hüquqlarına hörmət ruhunun aşılanmasına xidmət edir.

Bir sözlə, Konstitusiya dövlətin hüquqi əsasını təşkil edən, idarə olunma prinsiplərinin və müəyyən edilmiş presedentlərin məcmusudur.

Konstitusiya forma baxımından əsasən yazılı və yazılmamış növlərə bölünür. Yazılı konstitusiyalar vahid sənəd şəklində qəbul olunur (ABŞ, Fransa, İspaniya və s.). Yazılmamış konstitusiyalar isə müxtəlif hüquqi aktlar, məhkəmə presedentləri və adət-ənənələr əsasında formalaşır (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yeni Zelandiya və s.). 1215-ci ildə qəbul edilmiş Magna Carta-Azadlıqların Böyük Toplusu – konstitusiya olmasa da, konstitusionalizmin formalaşmasında mühüm mərhələ hesab edilir. Müasir mənada ilk yazılı konstitusiya 1787-ci ildə qəbul edilmiş və 1789-cu ildə qüvvəyə minmiş ABŞ Konstitusiyasıdır.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və müstəqil dövlət quruculuğunun hüquqi əsasının təşkil etmişdir.

Suverenlik anlayışı və onun hüquqi məzmununa gəldikdə isə “Suverenlik” termini “superus” sözündən yaranmış və “yuxarıda olan”, “üstün”, “ali” və s. mənalarını ifadə edir. Hüquqi-siyasi baxımdan suverenlik dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olması və xarici münasibətdə müstəqil fəaliyyət göstərməsi deməkdir. Belə ki, dövlətin və xalqın varlığının əsasını təşkil edən bir anlayış olmaqla, dövlətin xarici müdaxilə olmadan özünü idarə etmək səlahiyyətini, xalqların öz muxtariyyətlərini, legitimlik və kimliklərini necə müəyyənləşdirdiklərini formalaşdıran əsas prinsipdir.

XVI əsr siyasi mütəfəkkiri, hüquqşünas Jan Boden 1576-cı ildə yazdığı “The Six Books of the Republic” – “Dövlətin altı kitabı” adlı əsərində suverenliyi dövlətin əsas əlaməti kimi dəyərləndirmiş və onu ali, bölünməz və müstəqil hakimiyyət kimi xarakterizə etmişdir. Onun fikirincə, suverenlik, qanunyaratma və icraetmə səlahiyyətlərinin mənbəyidir.

Sözlərin mənalarından və ifadələrdən göründüyü kimi, hər iki termin müstəqil bir dövlət üçün böyük əhəmiyyətli və vacibdir. Belə ki, bir cəmiyyətin, dövlətin, xalqın öz iradəsini ifadə edə bilməsi, müstəqil təsisat kimi formalaşması, özünü idarə edə bilməsi, xalqın öz gələcəyinə ümidlə baxması məhz dövlətin Konstitusiyasının ideal olmasının və suveren hakimiyyətə sahibliyinin xəbərçisidir. Suverenlik müstəqil dövlətlərin mövcudluğu və tərəqqisini gerçəkləşdirən başlıca prinsiplərdəndir. Bu amil təkcə dövlətin hüquqi, iqtisadi-siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.

Azərbaycan Respublikasında konstitusion quruluş və suverenliyin bərpası məhz Ulu öndərin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaradıldı. Bundan sonra Ümummilli liderin bilavasitə rəhbərliyi ilə müstəqil dövlətimizin Konstitusiyasının hazırlanması qarşıya mühüm vəzifə kimi qoyuldu.

1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyun ayının 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak etdilər. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra onun layihə mətni ictimai müzakirəyə çıxarıldı.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğunun hüquqi əsasını formalaşdırmaqla respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və inkişafın başlanğıcını qoydu. Bir sözlə, müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biri olmaqla yanaşı, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidməti, müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyada xalq və dövlətin bir-birinə bağlığı ətraflı qeyd edilməklə, Ali Qanunda ideal Konstitusiyanın bütün funksiyaları, yəni hüquqi, sosial, siyasi, tərbiyəvi, təsisedici, səlahiyyətverici, mühafizəedici və sistemyaradıcı funksiyaları öz əksini tapmaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edilmişdir. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərində ümdə vəzifə olaraq qoyulmaqla, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin reallaşdırılması, humanizm və insanpərvərlik prinsipləri müstəqil dövlət Konstitusiyamızın başlıca mahiyyətini təşkil edir.

Ümummilli liderin ideal dövlət quruculuğu sahəsində gördüyü işlərin, uzaqgörən siyasətinin, xalqa suverenlik və azadlıq hüququnun aşılanması, özündən sonra layiqli davamçı, müzəffər Ali Baş Komandan İlham Əliyevi yetişdirərək xalqa bəxş etməsi nəticəsində bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü tam bərpa etmiş və suveren dövlətə çevrilmişdir.

Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən dövlətimizin misilsiz inkişafı, hərbi potensialının güclənməsi, iqtisadi inkişafın gündən-günə çiçəklənməsi nəticəsində 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə bərqərar olmuşdur. Bax, bu hadisə Azərbaycanın dünyaya günəş kimi doğduğu tarixdir.

Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev məhz 2025-ci ili təsadüfü seçməmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, bu ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq cari ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etmişdir. Bu qərar Konstitusiya və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar həm dövlətin hüquqi və siyasi əsasını, həm də milli kimliyini və birliyini ifadə edir. Hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Bu baxımdan respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi qeyd olunan prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır.

Dövlətimizin başçısının qətiyyəti, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti ölkəmizin zəfərlərinin davamlılığını təmin edir. Otuz ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqlarını geri qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər müjdələri hər bir azərbaycanlını qürurlandırdı, xalqımızın yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşdı. Belə ki, Konstitusiyanın 2-ci maddəsinə əsasən öz müqəddəratını sərbəst və müstəqil həll etmək və öz idarəetmə formasını müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur. Xalqımız öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Ali Qanunun 11-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı. Sərəncamda qeyd edilmişdir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Bu gün respublikamız siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr qazanmaqda davam edir, Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bütün bunların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edərək, çiçəklənərək, güclənərək, inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni dövrünü yaşayır. Bu gün demək olar ki, Azərbaycan dünyada sabit, eyni zamanda, həm daxili, həm də xarici siyasəti ilə dünya ölkələri arasında öz sözü, imzası olan bir ölkəyə çevrilmişdir. Bir sözlə, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən səmərəli dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə, müstəqilliyimizin daha da möhkəmləndirilmişdir. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki təkcə Azərbaycanın, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfə verir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq proqramı reallaşdırılır, bərpa və yenidənqurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı Konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir.

Qabil SƏFƏROV,
Zaqatala rayon prokuroru,
baş ədliyyə müşaviri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri