Kontakt da pişik işçini dişlədi; baş direktor cərimələndi
Icma.az, Avtosfer saytına istinadən bildirir.
"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub.
Avtosfer.az Xitab24.az-a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub.
Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatda baş verən hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməyib.
Dövlət Xidməti Həsən İsrafilzadəyə hadisə ilə bağlı izahatların verilməsinin təmin olunması ilə bağlı məktub göndərsə də, xəbərdarlıq nəticəsiz qalıb.
Buna görə də "Kontakt"ın baş direktoru İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib, o, 2 min manat cərimə olunub.
Qeyd edək ki, Həsən İsrafilzadə həmçinin "Olivia" kosmetika mağazalar şəbəkəsinin qanuni təmsilçisidir. Hər iki şirkətin hüquqi ünvanı eynidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 Noyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















