Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanın 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrliyi ölkəmizin regionda artan rolunun göstəricisidir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcəyinin təsdiqlənməsi ilə bağlı deyib.
Deputat bildirib ki, Azərbaycan ilk dəfə bu platformaya sədrlik edəcək və bu, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlməsi fonunda xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan 2025-ci ildə bu formatda tamhüquqlu iştirakçı statusu əldə edib. Beləliklə, Bakı artıq yalnız Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli münasibətlər quran ölkə deyil, həm də regionlararası çoxtərəfli əməkdaşlıq mexanizmlərinin fəal iştirakçısına çevrilib. Bu, ölkələr arasında tarixi-mədəni bağların, qarşılıqlı etimadın və ortaq strateji maraqların daha da dərinləşdiyini göstərir. Azərbaycanın 2027-ci ildə sədrliyi Bakıya gündəliyin formalaşdırılması, əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlavə imkanlar yaradacaq".
Deputat Prezident İlham Əliyevin Məşvərət Şurasının 8-ci toplantısında səsləndirdiyi fikirlərə də diqqət çəkib. O qeyd edib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənib.
"Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir”.
Könül Nurullayeva bildirib ki, Mərkəzi Asiya liderlərinin Azərbaycanın sədrliyinə verdiyi önəm də diqqətçəkəndir. Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın sədrliyi dövründə "C6” formatında əməkdaşlığın əlavə impuls qazanacağına əminliyini ifadə edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə Azərbaycanın sədrliyi dövründə ölkəsinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.
Deputat Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən əsas istiqamətlərdən birinin Avropa ilə Asiya arasında mühüm geoiqtisadi və geosiyasi xətt üzərində yerləşməsi olduğunu qeyd edib:
"Orta Dəhliz, Xəzər üzərindən nəqliyyat bağlantıları, limanlar və enerji əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Azərbaycanın Mərkəzi Asiyanı Xəzər üzərindən Qərb bazarları ilə birləşdirən mühüm tranzit mərkəzlərindən birinə çevrilməsi ölkəmizin regional təşəbbüslərdə rolunu daha da artırır".
Könül Nurullayeva hesab edir ki, Azərbaycanın sədrliyi "C6” formatının institusional inkişafı baxımından da mühüm mərhələ olacaq. Bu çərçivədə nəqliyyat və logistika ilə yanaşı, enerji, ticarət, investisiya, təhlükəsizlik, su və ekologiya, rəqəmsallaşma, humanitar əlaqələr və turizm kimi istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi mümkündür.
"Bu gün region ölkələrinin qarşısında duran əsas çağırışlardan biri qlobal və regional dəyişikliklər fonunda iqtisadi əlaqələri şaxələndirmək və yeni bağlantılar yaratmaqdır. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiyanın əməkdaşlığı daha geniş Avrasiya geoiqtisadi məkanında mühüm əhəmiyyət kəsb edir”, – deyə deputat əlavə edib.
Baxış sayı:139
Bu xəbər 08 Oktyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















