Könüllü gömrükçülər Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində fəaliyyətə başlayıblar
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 16-cı “Könüllü gömrükçü” dəstəsinin 20 üzvü üç ay müddətinə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müvafiq şöbələrində fəaliyyətə başlayıb. 13 noyabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində və Mərkəzi Gömrük Hospitalında çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin inspektoru, şöbə rəisi vəzifəsini müvəqqəti icra edən Minarə Qafarova və könüllü gömrükçülər iştirak ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxışında qeyd edib ki, könüllülük fəaliyyəti gənc gömrükçülərə təhsil aldıqları ixtisaslar üzrə nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək, real iş mühitində təcrübə qazanmaq və gömrük orqanlarının tibbi xidmət sahəsindəki fəaliyyət istiqamətlərini yaxından öyrənmək imkanı yaradacaq.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxış edərək könüllü gömrükçüləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində fəaliyyətə başlayacaq könüllü gömrükçüləri səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar, yeni bilik və təcrübələr qazanaraq peşəkar inkişaf yolunda daim irəliləmələr arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 14 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















