Icma.az
close
up
RU
® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalayıb AZƏRTAC

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalayıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Türkiyənin “Florence Nightingale Healthcare International Group” və İstanbul Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, “Florence Nightingale Healthcare International Group”un icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi imzalayıblar.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov 5 il əvvəl üç qurum arasında imzalanan memorandumun əhəmiyyətindən danışaraq xatırladıb ki, 2019-cu il mayın 3-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, “Florence Nightingale Healthcare International Group”u və Demiroğlu Bilim Universiteti arasında imzalanan üçtərəfli memorandum çox uğurlu, faydalı və tədbirlərlə zəngin bir layihə olub. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə “Florence Nightingale Healthcare International Group” bir çox tədbirlərdə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial tibbi aksiyalarda birgə iştirak edib, Mərkəzi Gömrük Hospitalının həkimləri və tibb bacıları “Florence Nightingale Healthcare International Group”un təcrübə mübadiləsində olublar.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev bu memorandumun əhəmiyyətindən danışaraq bildirib ki, Demiroğlu Bilim Universiteti ilə sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi tibb sahəsi üzrə tədrisin bütün pillələrində tələbələr üçün yeni perspektivlər yaradacaq. Bu da öz növbəsində Mərkəzi Gömrük Hospitalının klinik bazasında təhsil alan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, Azərbaycan Tibb Universitetinin həkim-rezidentlərinin qarşılıqlı təcrübə mübadiləsində iştirak etməsinə, Azərbaycan üçün yüksəkixtisaslı kadrların yetişməsinə imkan verəcək.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxışında imzalanan sənədin əslində ölkəmizdə davam edən səhiyyə siyasətinə, səhiyyə islahatlarına bir dəstək olduğunu bildirib.

“Florence Nightingale Healthcare International Group”un icraçı direktoru Sinan Nazif Aran bildirib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə imzalanan memorandum birgə konfransların, simpoziumların təşkilində, həm də təcrübə mübadiləsində öz müsbət bəhrəsini verib. O, gələcəkdə də bu iş birliyinin birgə layihələrdə, birgə tədbirlərin təşkilində davam edəcəyinə ümidvar olduğunu deyib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev qeyd edib ki, hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan Mərkəzi Gömrük Hospitalı və “Florence Nightingale Healthcare International Group” arasında qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək, ölkəmizdə tibdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verəcək.

Tədbirin sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov “Florence Nightingale Healthcare International Group”un icraçı direktoru Sinan Nazif Arana və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçiyə xatirə hədiyyəsi təqdim edib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri