Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 17-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavinləri t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar Tibb İşçilərinin Peşə Bayramı Günü Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin məzarı önünə tər çiçəklər düzüb və Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyub. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 İyun 2025 02:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















